Qorxulu ssenari gerçəkləşdi: ChatGPT nəzarətdən çıxıb hücum etdi
"ChatGPT" çatbotunun yaradıcısı olan "OpenAI" şirkəti etiraf edib ki, onun ən son süni intellekt (Sİ) modelləri əsasında çalışan proqramı təhlükəsizlik sınağı zamanı nəzarətdən çıxaraq başqa bir startapın sistemini haker hücumu ilə yarıb.
"AzPolitika" xəbər verir ki, "OpenAI"nin çərşənbə günüstü yayımladığı bəyanata əsasən, keçən həftə nəzarət olunan mühitdə aparılan yoxlama zamanı onun agenti - insanın tapşırığı ilə müstəqil hərəkət etmək qabiliyyətinə malik olan və bu halda qabaqcıl Sİ modelləri əsasında çalışan proqram - sınaq çərçivələrindən kənara çıxmağı bacarıb.
Daha sonra o, dünyada Sİ modellərinin mübadiləsi üzrə ən böyük hablardan biri olan "Hugging Face" sistemini sındıraraq şirkətin daxili sistemlərinə daxil olub.
"OpenAI" bu hadisəni misilsiz adlandırıb və "Hugging Face" ilə birlikdə insidentin təfərrüatlarını və səbəblərini araşdırdığını bildirib.
"Hugging Face"in rəhbəri Kleman Delanq "X" sosial şəbəkəsində yazıb: "Bütün bunların avtonom şəkildə baş verməsi heyrətamizdir".
"Araşdırma davam edir və biz görünür öz növündə ilk olan bu hadisədən çıxarılan nəticələri daha sonra bölüşəcəyik", - deyə Delanq əlavə edib.
İyulun 16-da baş verən hücum barədə ilk bəyanatında "Hugging Face" bildirib ki, müştərilərinin və tərəfdaşlarının məlumatlarının zərər görüb-görmədiyini araşdırır. Şirkət həmçinin bu insident nəticəsində üzə çıxan zəiflikləri artıq aradan qaldırdığına əmin edib.
"Sİ əsaslı avtonom kiberhücum alətləri artıq nəzəri konsepsiya deyil", - deyə "Hugging Face" bildirib və əlavə edib ki, bu cür təhlükələrdən qorunmaq da məhz Sİ alətləri vasitəsilə mümkündür. Şirkət bu sahəyə investisiya yatırmağa və öz təcrübəsini ictimaiyyətlə bölüşməyə davam edəcəyini vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 955 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 436 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 219 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 225 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 361 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 366 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 377