Moskvanın Tehrana kəşfiyyat dəstəyi iddiası: Yaxın Şərqdə risk artır - POLİTOLOQDAN AÇIQLAMA

Moskvanın Tehrana kəşfiyyat dəstəyi iddiası: Yaxın Şərqdə risk artır - POLİTOLOQDAN AÇIQLAMAABŞ kəşfiyyat orqanları Rusiyanın İrana Yaxın Şərqdə yerləşən ABŞ hərbi hədəflərinin koordinatları və hərəkətləri ilə bağlı kəşfiyyat məlumatları ötürdüyünə dair iddiaları araşdırır. ABŞ rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilir ki, söhbət Amerika hərbi gəmiləri, təyyarələri və digər strateji obyektlər barədə məlumatlardan gedir.

Moskva bu iddiaları rəsmi şəkildə təsdiqləməyib, lakin məsələ Vaşinqtonda ciddi narahatlıq yaradıb və Rusiya-İran hərbi əməkdaşlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, əgər Rusiyanın İrana ABŞ hədəfləri ilə bağlı kəşfiyyat məlumatları ötürdüyünə dair iddialar təsdiqlənərsə, bu, təkcə iki ölkə arasındakı əməkdaşlığın yeni mərhələyə keçdiyini deyil, həm də Yaxın Şərqdə geosiyasi qarşıdurmanın daha təhlükəli xarakter aldığını göstərəcək. Onun sözlərinə görə, belə bir addım Moskvanın Vaşinqtona qarşı dolayı təzyiq vasitələrini genişləndirmək cəhdi kimi qiymətləndirilə bilər: "Hazırda Rusiya ilə Qərb arasında münasibətlər kifayət qədər gərgindir. Bu fonda Moskvanın ABŞ-ın regional maraqlarına zərbə vura biləcək addımları dəstəkləməsi ehtimalı istisna edilmir. Əgər bu məlumatlar rəsmi şəkildə sübuta yetirilərsə, ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsi, eyni zamanda Yaxın Şərqdə hərbi mövcudluğunu daha da gücləndirməsi gözləniləndir.

Bu isə bölgədə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə hücumları Rusiyanın mümkün rolu ilə bağlı suallar doğurur

ABŞ kəşfiyyatı ilə tanış olan dörd mənbə bildirib ki, İranın Körfəzdəki Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları ABŞ kəşfiyyat analitiklərini Rusiyanın hədəf məlumatı və ya qabaqcıl dron texnologiyası ilə təmin edib-etmədiyini araşdırmağa sövq edib. BİG.AZ Reuters-ə istinadən xəbər veri

11:09 379
.

İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın

15:47 159
.

Nigar Kərbəla ziyarətində

Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə

14:40 266
.

Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü

Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu

15:07 154
.

Köhnə binaların söküntüsü mənzil qiymətlərini daha da bahalaşdıracaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakının müxtəlif ərazilərində köhnə yaşayış binalarının söküntüsü davam edir. Bu proses şəhərin yenilənməsi və qəzalı tikililərin əvəzlənməsi baxımından əhəmiyyətli hesab olunsa da, daşınmaz əmlak bazarına mümkün təsirləri də müzakirə olunur. Xüsusilə söküntü aparılan ərazilərdə mənzilə tələbatın artmasını

12:21 414
.

Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)

Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad

22.07.2026 449
.

Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər. Bununla yanaşı, valideynlərin d

16:13 178
.

Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bu andan etibarən İran İslam Respublikas

22.07.2026 482
.

Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi

Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas

15:17 163
.

TOP MP3