Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərində inşa edilən "Jeddah Tower" hündürlüyü 1 kilometri keçən dünyanın ilk göydələni olacaq.
"Jeddah Tower" yaşayış mənzilləri, ofislər və müxtəlif xidmət sahələrini özündə birləşdirən "şaquli şəhər" konsepsiyası əsasında tikilir. Layihə üzrə nəzərdə tutulan 160 mərtəbədən 106-sı artıq tamamlanıb.
Tikinti başa çatdıqdan sonra bina təkcə dünyanın ən hündür göydələni olmayacaq, həm də 640 metrdən çox yüksəklikdə yerləşəcək dünyanın ən hündür müşahidə meydançasına sahib olacaq. Buradan Qırmızı dənizə panoramik mənzərə açılacaq.
Göydələnin hündürlüyü artıq 420 metri keçib
Layihənin müəllifləri "Adrian Smith + Gordon Gill Architecture" (AS+GG) memarlıq bürosudur. Büroya rəhbərlik edən Adrian Smit hazırkı rekordçu Bürc Xəlifənin da memarıdır.
"Jeddah Tower" layihəsinə 59 lift və təxminən 530 min kvadratmetr faydalı sahə daxildir. Binada müasir kondisioner sistemləri və sərt iqlim şəraitinə uyğunlaşdırılmış, enerjiyə qənaət edən fasadlardan istifadə olunur.
Göydələnin tikintisinə 2013-cü ildə başlanılıb. Lakin layihə müxtəlif səbəblərdən bir neçə dəfə dayandırılıb ki, bu da onun başa çatdırılacağı ilə bağlı şübhələr yaradıb.
Dönüş nöqtəsi 2025-ci ildə baş verib. Həmin ildən tikinti işləri fasiləsiz davam etdirilir və bina sürətlə yüksəlir. Bir neçə ay əvvəl 100-cü mərtəbənin tamamlanması qeyd olunmuşdu.
Hazırda tikinti 106-cı mərtəbəyə çatıb və binanın hündürlüyü təxminən 426 metrə çatıb. Mütəxəssislər hesab edirlər ki, işlərin hazırkı tempi qorunarsa, yaxın aylarda göydələnin hündürlüyü 500 metri ötəcək.
Şaquli şəhərlərin gələcəyi
"Jeddah Tower" gələcəyin şəhərsalma konsepsiyasının nümunələrindən biri hesab olunur.
Layihənin həmmüəllifi Qordon Gill "Arabian Business" nəşrinə müsahibəsində bildirib ki, gələcəkdə şəhərlər təkcə küçə səviyyəsində deyil, hava məkanında da fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, uçan taksilərin və pilotsuz uçuş aparatlarının geniş yayılması ilə bu cür hündür binalar hava nəqliyyatının əsas qovşaqlarından birinə çevriləcək.
Ciddədə inşa olunan bu nəhəng layihə Səudiyyə Ərəbistanının iqtisadiyyatın neftdən asılılığını azaltmağı hədəfləyən "Saudi Vision 2030" proqramının əsas layihələrindən biridir.
Şəhərin mərkəzində yerləşəcək "Jeddah Tower"in turizmin inkişafına, iqtisadi fəallığın artmasına və Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Göydələnin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1294 Tarix: 23 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 436 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 219 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 225 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 361 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 366 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 377