"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirRejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir.

Qaynarinfo xəbər verir ki, tamamilə IMAX kameraları ilə lentə alınan film son illərin ən çox gözlənilən ekran işlərindən biri hesab olunur. ABŞ-da kinosevərlərin bilet tapmaqda çətinlik çəkdiyi, hətta əvvəlcədən alınmış biletlərin qeyri-rəsmi satışlarda minlərlə dollara təklif edildiyi iddia olunur.
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirNəhəng büdcəli layihə

250 milyon dollar büdcə ilə çəkilən "The Odyssey" altı müxtəlif ölkədə lentə alınıb. Çəkilişlər zamanı ümumilikdə 600 kilometr uzunluğunda 70 millimetrlik IMAX kinolentindən istifadə olunub.

Məlumata görə, film nümayişə başladıqdan qısa müddət sonra dünya üzrə 280 milyon dollardan çox gəlir əldə edərək istehsal büdcəsini geri qaytarıb. Bununla yanaşı, layihənin reklam kampaniyasına da büdcəsinə yaxın həcmdə vəsait xərcləndiyi bildirilir.

Filmdə Mett Deymon, Zendaya, Tom Holland, Şarliz Teron, Lupita Nyonqo, Con Bernthal, Con Leqizamo, Mia Qot, Elliot Peyc və Samanta Morton kimi tanınmış aktyorlar rol alırlar.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirNolanın çəkiliş meydançasındakı sərt qaydaları

Kristofer Nolan uzun illərdir çəkiliş meydançasında tətbiq etdiyi ciddi qaydalarla tanınır. Onun ağıllı telefon və elektron poçtdan istifadə etmədiyi dəfələrlə qeyd olunub.

Filmdə baş rollardan birini canlandıran Enn Heteuey bildirib ki, rejissor çəkiliş zamanı "alternativ reallıq atmosferi yaratmaq" məqsədilə bir sıra əşyaların istifadəsini qadağan edib.
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirOnun sözlərinə görə, çəkiliş meydançasında "UGG" markalı çəkmələrin geyinilməsinə, mobil telefonlardan istifadəyə və hətta stullarda oturmağa icazə verilməyib.

Bundan əlavə, siqaret çəkmək və plastik su butulkalarından istifadə də qadağan edilib.

Filmin digər baş rol ifaçısı Robert Pattinson bildirib ki, aktyor heyəti çəkilişlər başlamazdan əvvəl sandallarla təxminən 45 dəqiqə piyada düşərgəyə getməli olurdu.
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirUGG çəkmələri reallıq hissini pozur

Kristofer Nolan "CBS Mornings" proqramında bu qərarlarını belə izah edib:

"Qəribədir ki, bu, çox qədim bir hekayə olsa da, çəkiliş meydançasında mikrofon tutan insanlar, böyük kameralar və çoxsaylı texniki heyət olur. Amma UGG çəkmələri kimi bir detal insanı qəribə şəkildə həmin dünyanın atmosferindən uzaqlaşdıra bilir".

Rejissor bildirib ki, məqsədi aktyorların müasir dünyanın təsirindən uzaqlaşaraq tamamilə ekran əsərinin atmosferinə daxil olmalarını təmin etməkdir.
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir"Bizim yaratmağa çalışdığımız dünya ilə real dünya fərqlidir. Mən istəyirəm ki, hamı həmin anın içində yaşasın", deyə Nolan vurğulayıb.

Çəkilişlər dağ zirvəsində başlayıb

Nolan qeyd edib ki, filmin ilk çəkilişləri təxminən 1000 metr yüksəklikdə yerləşən dağ zirvəsində aparılıb. Həmin əraziyə yol çəkilmədiyi üçün aktyorlar çəkilişlərə başlamazdan əvvəl uzun məsafəni piyada qət etməli olublar.
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkirRejissor bunu aktyorların ekran qarşısında daha təbii emosiyalar nümayiş etdirməsinə kömək edən üsullardan biri kimi qiymətləndirib.

Ailə üzvləri də layihədə iştirak edib

"The Odyssey" Kristofer Nolan üçün ailə layihəsinə də çevrilib. Rejissorun həyat yoldaşı Emma Tomas filmin prodüseri olub.

Onun 25 yaşlı oğlu Rori rəssamlıq departamentində, 25 yaşlı qızı Flora kostyum şöbəsində, 18 yaşlı oğlu Maqnus isə istehsal üzrə köməkçi kimi çalışıb.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 225
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 361
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 366
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.