Eldar Əzizov Şərqi Avropa haqqında

Eldar Əzizov Şərqi Avropa haqqında22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "bakibaku.az" saytının kollektivi ilə görüş keçirib.
Görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, banisi görkəmli jurnalist Nasir İmanquliyev olan bir media orqanının bir hissəsi olmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir.
Eldar Əzizov xatırladıb ki, bu il görkəmli jurnalist Nasir İmanquliyevin anadan olmasının 115 illiyi qeyd edilir. O vurğulayıb ki, əsası qoyulmasından artıq 70 ilə yaxın vaxt keçən "Bakı" qəzeti öz dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb.
Çıxışı zamanı Eldar Əzizov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə demokratiyanın ən vacib prinsiplərindən biri olan söz azadlığı tam şəkildə təmin olunub. Hazırda ölkənin media məkanında çoxsaylı xəbər saytları və çap nəşrləri sərbəst fəaliyyət göstərir, hakimiyyətlə cəmiyyət arasında dialoq daha da dərinləşir.
Bu baxımdan Prezidentin media nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlər xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə dövlət başçısı görülən işlərin nəticələri ilə yanaşı, ölkənin gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verir. Eldar Əzizov qeyd edib ki, belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb. Bu kursun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Tarixçi kimi deyə bilərəm ki, postsovet məkanında, eləcə də Şərqi Avropa ölkələri və daha geniş coğrafiyada öz dövlətinin maraqlarını bu qədər uğurla müdafiə edən və dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəsinin davamlı inkişafını təmin edən başqa bir lider görmürəm", - deyə paytaxtın icra başçısı bildirib.
Eldar Əzizovun sözlərinə görə, təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam artıq Azərbaycanın vizit kartına çevrilib və məhz bu amillər ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. O vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox uğurla inkişaf edən və nüfuzlu dövlət kimi qəbul edilir.
"Bütün bunlara və daha bir çox uğurlara görə cənab Prezidentə minnətdarlığımızı bildirir, ona təşəkkür edirik", - deyə Eldar Əzizov çıxışını yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 225
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 361
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 366
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.