Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞ

Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞQida məhsullarının tərkibi ilə bağlı istehlakçıların məlumatlandırılması məsələsi yenidən gündəmə gəlib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi kolbasa məhsullarında aparılan laborator analizlər zamanı at əti aşkarlandığını açıqlayıb. Lakin həmin məhsulların hansı marka və istehsalçılara məxsus olduğu ictimaiyyətə açıqlanmayıb. Bu isə istehlakçılar arasında narahatlıq yaradıb. Bəzən küçə satışların etiketsiz kolbasa satışlarına da rast gəlirik.

İstehlakçılar kolbasa alarkən saxtalaşdırılmış məhsulları müəyyən etmək üçün nələrə diqqət etməlidirlər? Sözügedən at əti tərkibli kolbasa markaları hansılardır?

Məsələ ilə bağlı "AzPolitika"ya danışan "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib ki, AİİB-in at ətinin aşkarlanmasına imkan verən laborator analiz aparmaq imkanı yoxdur. AQTA bu sahədə fəaliyyətini tədricən daha şəffaf şəkildə həyata keçirməyə başlayır.

Onun sözlərinə görə, son vaxtlar su və qənd istehsalçılarının adları və fəaliyyət yerləri açıqlansa da, AQTA rəhbərliyi səviyyəsində istehlakçılara verilən ümumi açıqlamalar kifayət deyil: "İstehlakçılara konkret faktlar, malın adı, fotosu, konkret müəssisələr və operativ məlumatlar lazımdır. Çox təəssüflər olsun ki, AQTA yenə də oxu atıb, yayı gizlədir. Çünki o, üzərinə çox sayda səlahiyyətlər götürüb. Həm biznesin inkişafına dəstək verməlidir, həm də istehlakçı hüquqlarını qorumalıdır. Bu ikisi birgə tutmaz.

AQTA istehlakçı hüquqlarının qorunmasını prioritet hesab edirsə, bu sahədə maraqlar toqquşmasına səbəb olan bəzi səlahiyyətlərdən imtina etməlidir. Bir-birinə opponent olan iki funksiyanı eyni qurumda birləşdirmək düzgün deyil. Biz bunu AQTA yarandığı və əsasnaməsi təsdiqləndiyi gündən deyirik".
Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya SƏRT ÇAĞIRIŞSədr qeyd edib ki, AİİB-ə kolbasa və digər ət məhsullarında qanun pozuntuları ilə bağlı konkret məlumat daxil olarsa, bunu ictimaiyyətə açıqlayacaq və həmin məhsulların bazardan yığışdırılması istiqamətində müvafiq qurumlara dəstək verəcək:"Azərbaycanda kolbasa və sosiska məhsullarını standartlara tam uyğun, yüksək keyfiyyətlə istehsal edən 3-4 müəssisə var. Hətta onların istehsal şəraiti bəzi xarici müəssisələrdən daha üstündür. Təəssüf ki, bu müəssisələr öz bazar paylarını qorumaq istiqamətində kifayət qədər fəallıq göstərmirlər.

Hazırda bazarda etiketsiz kolbasa və sosiska məhsullarına da rast gəlinir. Belə məhsullar daha çox kiçik marketlərdə və meyvə-tərəvəz satışı həyata keçirilən ticarət obyektlərində satılır. Digər narahatedici məqam isə odur ki, istehlakçılar Rusiya və digər ölkələrdən idxal olunan bu qəbildən olan məhsullara daha çox üstünlük verirlər. Həmin məhsulların tərkibində müxtəlif kimyəvi əlavələr daha çox olur. Bununla yanaşı, qablaşdırılması və dad xüsusiyyətləri alıcıların diqqətini cəlb edir. Ehtimal edirəm ki, xaricdən gətirilən bəzi kolbasa, sosiska və digər ət məhsullarında aparılacaq DNT analizləri nəticəsində at, eşşək və digər heyvanlara məxsus DNT izləri aşkar edilə bilər".

E. Hüseynov sonda vurğulayıb ki, istehlakçı hüquqlarını müdafiə edən təşkilat olaraq AQTA-nın fəaliyyətində daha yüksək şəffaflıq görmək istəyirlər.

"İstehlakçılara daha dəqiq və operativ məlumat verilməlidir. Əgər biznes maraqlarının qorunması ilə istehlakçı hüquqlarının müdafiəsi arasında ziddiyyət yaranırsa, bu məsələyə aydınlıq gətirilməli, yaxud həmin funksiyalar ayrılmalıdır. Zərurət yaranarsa, bu istiqamətdə ayrıca dövlət qurumunun yaradılması da müzakirə oluna bilər. Maraqlar konflikti aradan qaldırılmadıqca bu problemlər davam edəcək.

Təsadüfi deyil ki, illər ərzində Bakıya at və eşşək ətinin daşınması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bu sahədə ən ciddi nəticələri Daxili İşlər Nazirliyi əldə edib. Çünki digər qurumlardan fərqli olaraq, onlar inzibati cərimələrlə kifayətlənməyib, cinayət işləri başlayıb, ekspertizalar keçirib və saxlanılmalar həyata keçiriblər. Təəssüf ki, sonradan bəzi təqsirləndirilən şəxslər məhkəmə qərarları ilə azadlığa buraxılıb. Hesab edirəm ki, belə halların hüquqi qiymətləndirilməsi davam etdirilməli və qanun pozuntusuna yol verən şəxslər layiqli cəzasını almalıdır", - deyə AİİB sədri əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 436
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 219
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 201
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 225
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 361
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 366
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.