ABŞ-Səudiyyə Ərəbistanı nüvə sazişi: Yaxın Şərqdə nələr dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ şirkətlərinin dəstəyi ilə nüvə energetikası proqramını inkişaf etdirmək imkanı yaradır. Bununla yanaşı, sazişdə uranın zənginləşdirilməsi ilə bağlı bəzi məhdudiyyətlərin yer almaması nüvə silahlarının yayılması riskinə dair narahatlıqları artırıb.
Sənədin yaxın günlərdə ABŞ Konqresinə təqdim ediləcəyi və ciddi müzakirələrə səbəb olacağı gözlənilir. Yaranan vəziyyət fonunda ekspertlər hesab edirlər ki, ABŞ-Səudiyyə Ərəbistanı nüvə əməkdaşlığı təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də Yaxın Şərqdə təhlükəsizlik balansına, xüsusilə İranla bağlı geosiyasi proseslərə təsir göstərə bilər.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş təkcə iqtisadi və enerji layihəsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə dəyişən geosiyasi balansın tərkib hissəsidir: "Vaşinqton bir tərəfdən regiondakı əsas müttəfiqlərindən biri ilə strateji əlaqələri gücləndirməyə, digər tərəfdən isə İranın təsir imkanlarını balanslaşdırmağa çalışır. Sazişin mülki nüvə enerjisi məqsədi daşıdığı bildirilsə də, onun region ölkələri tərəfindən necə qəbul ediləcəyi böyük əhəmiyyət kəsb edir. İran və digər regional aktorlar bu əməkdaşlığı təhlükəsizlik prizmasından qiymətləndirə bilər ki, bu da yeni siyasi gərginliklərə səbəb ola bilər.
Digər tərəfdən, ABŞ üçün bu razılaşma Yaxın Şərqdə təsir imkanlarını qorumaq və enerji, texnologiya sahələrində əməkdaşlığı genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə sazişin şərtləri və icra mexanizmi həm beynəlxalq təşkilatlar, həm də region dövlətləri tərəfindən diqqətlə izlənəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 898 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 436 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 219 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 201 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 225 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 361 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 366 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 377