Xaricdə təhsil şirkətini seçərkən nələrə diqqət etməli? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Xaricdə təhsil şirkətini seçərkən nələrə diqqət etməli? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon günlər xaricdə təhsil xidmətləri göstərən AİD Group şirkəti ilə bağlı vətəndaş şikayətləri gündəmdədir. Müxtəlif media orqanlarında yayılan məlumatlarda bəzi şəxslər şirkətə minlərlə manat ödəniş etdiklərini, lakin vəd edilən xidmətləri ala bilmədiklərini, ödənilən vəsaitin geri qaytarılmadığını iddia edirlər. Şirkətin fəaliyyəti ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, hüquqi qiymət yalnız aidiyyəti dövlət qurumları tərəfindən verilə bilər. Baş verən hadisələr bir daha göstərir ki, xaricdə təhsil şirkəti seçərkən təkcə reklam və sosial şəbəkələrdəki vədlərə güvənmək olmaz.

Müqavilənin bütün bəndlərini diqqətlə oxumaq, ödəniş qəbzlərini saxlamaq, qəbul və viza ilə bağlı verilən vədlərin yazılı şəkildə təsdiqlənməsini tələb etmək, həmçinin şirkətin hüquqi statusunu və fəaliyyəti barədə rəyləri əvvəlcədən araşdırmaq sonradan yarana biləcək problemlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı təhsil eksperti Ayaz Nəcəfov BiG.AZ-a açıqlamasında bildirdi ki, son dövrlər xaricdə təhsil adı altında fəaliyyət göstərən bəzi vasitəçi şirkətlərlə bağlı şikayətlərin artması göstərir ki, abituriyentlər və valideynlər seçim zamanı daha diqqətli olmalıdırlar. Onun sözlərinə görə, xaricdə təhsil şirkəti seçərkən ilk növbədə onun hüquqi qeydiyyatının olub-olmadığı, neçə ildir fəaliyyət göstərdiyi və əvvəlki tələbələrinin təcrübəsi araşdırılmalıdır: "Ən vacib məsələlərdən biri müqavilədir. Müqavilədə göstəriləcək xidmətlər, ödəniş məbləği, vəsaitin hansı hallarda geri qaytarılacağı, qəbul alınmadıqda və ya viza rədd edildikdə tərəflərin öhdəlikləri açıq şəkildə qeyd olunmalıdır. Şifahi vədlərə etibar etmək düzgün deyil. Bundan başqa, tələbələr qəbul məktubunun və universitetdən göndərilən bütün sənədlərin həqiqiliyini birbaşa ali təhsil müəssisəsinin rəsmi elektron poçtu və ya internet səhifəsi vasitəsilə yoxlamalıdırlar.

Heç bir şirkət 100 faiz qəbul və ya viza zəmanəti verə bilməz. Belə vədlər verilirsə, bu, ciddi şübhə doğurmalıdır. Vətəndaşlar bütün ödənişləri bank vasitəsilə həyata keçirməli, qəbz və yazışmaları saxlamalıdırlar. Sonradan hər hansı mübahisə yaranacağı halda bu sənədlər hüquqların müdafiəsi üçün əsas sübut rolunu oynayacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 127   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də"

Aktyor Nicat Rəhimov maraqlı açıqlamaları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi öz verilişində obraz naminə qadın geyimində görünməsinə münasibət bildirib. "Bizə yaraşır, geyinirik. Başımıza çox şey gəlir. Aktyoramsa, geyinmişəm, geyinirəm, geyinəcəyəm də. Obraz tələb edirsə, niyə d

12:08 230
.

SEPAH ABŞ-ın Küveytdəki bazasını PUA-larla vurduğunu açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İran tərəfinin yaydığı məlumata görə, hücum zamanı Əl-Doha hərbi bazasında yerləşən ABŞ quru qoşunlarının logistik

15:23 144
.

Arzumun azadlıqda ilk - Görüntüləri

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye

14:39 376
.

Qələmin dəyəri dəyişmir - KÖŞƏ YAZISI

Bəzi peşələr var ki, onların əhəmiyyətini yalnız cəmiyyət üçün gördüyü işlə ölçmək olar. Jurnalistika da məhz belə peşələrdəndir. Bu peşə illər keçsə də, texnologiyalar dəyişsə də öz mahiyyətini itirmir. Çünki insanların doğru xəbərə, etibarlı məlumata ehtiyacı heç vaxt bitmir. Azərbaycan milli mətbuat

11:27 176
.

Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMA

Vərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə yaradan hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxs sağlığında vəsiyyətnamə tərtib etməyibsə, mirasın kimlər arasında və hansı qaydada bölünəcəyi ilə bağlı suallar yaranır. Bir neçə övladı olan şəxsin əmlakı bu halda necə bölüşdürülür

14:54 210
.

"Lazeroloq üzümü yandırıb..." - Foto

"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze

17:11 132
.

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi

21.07.2026 323
.

ABŞ Səudiyyə Ərəbistanının nüvə proqramına dəstək verəcək - Tramp razılaşmanı təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramına dəstək göstərilməsini nəzərdə tutan yeni sazişi təsdiqləyib. Məlumata görə, 30 il müddətini əhatə edən razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun qurulmasına on milyardlarla dollar həcmində investisiy

15:14 137
.

Hindistanda tuneldə faciə: Ölənlərin sayı 20-yə yüksəldi

Hindistanın şimal-şərqində inşa olunan tuneldə metan qazının sızması nəticəsində baş verən güclü partlayışın qurbanlarının sayı artıb. BİG.AZ DW-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyi təsdiqlənib. Daha 5 nəfərin isə tuneldə köməksiz vəziyyətdə qaldığı bildirilir

16:13 148
.

TOP MP3