"Titanik" fəlakətindən 4 gün əvvəl yazılmış məktub tapıldı: Nələrdən bəhs edilir?
İkinci sinif sərnişinin dostuna yazdığı məktub hərraca çıxarılacaq. Məktubun ilkin qiymətləndirməsi 47 min dollar təşkil edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb.
Henri Prays Hodces "Titanik"ə Sauthemptonda 250643 nömrəli, təxminən 17,5 dollarlıq biletlə minib. O, qohumlarını ziyarət etmək üçün Boston şəhərinə gedirdi. Məktub aprelin 10-da yazılıb və üzərində Kvinstaun poçt möhürü var.
Məktubda bunlar qeyd olunub:
"Teleqram və xoş arzularınız üçün çox sağ olun. Bu, çox mehriban və diqqətli bir hərəkət idi, mən buna görə çox minnətdaram. Zəhmət olmasa, bizim Assosiasiyanın üzvlərinə də təşəkkürümü çatdırın. Prezidentin gəlib məni yola salması necə də xoş idi. Mən az qala onu mənimlə getməyə razı salacaqdım. Hələlik hər şey əladır.
Gəminin hərəkətini ümumiyyətlə hiss etmirsən, hava da çox gözəldir. Üst göyərtədə təxminən 200 oğlan (20 yaş və daha yuxarı) dairəvi şəkildə addımlayır və mahnı oxuyur, digərləri salonlarda domino və kart oynayır, kimisi kitab oxuyur, kimisi yazır. Dəniz səyahəti təsəvvür etdiyindən tamamilə fərqlidir.
Atana çatdır ki, onun gəlmədiyinə görə çox məyusam, amma başa düşürəm - başqa cür edə bilməzdi. Onun əvəzinə qardaşının gəlməsi isə tam gözlənilən idi. Erkən yatmağa gedirəm, çünki it kimi yorulmuşam.
Sağ ol, Hektor. Ən xoş arzularla. Sənin sadiq dostun H.P. Hodces".
Henri Hodces 15 aprel 1912-ci ildə baş verən faciə zamanı həlak olub. Həmin fəlakət nəticəsində 1500-dən çox insan həyatını itirib. Onun cəsədi daha sonra tapılıb və Şotlandiyada dəfn edilib.
Hərrac təşkilatçısı Endryu Oldricin sözlərinə görə, ikinci sinif sərnişinlərinin yazdığı məktublar ən nadir sənədlərdən hesab olunur. Onun fikrincə, bu sənəd ən məşhur gəmidəki həyatı faciədən cəmi bir neçə gün əvvəl baş verənlərdən xəbərsiz adi sərnişinin gözü ilə görmək üçün əvəzsiz imkan yaradır.
Məlumdur ki, "Titanik" Kanadanın şərq əyaləti Nyufaundlenddən 640 kilometr məsafədə, Sauthemptondan 3200 kilometrdən çox yol getdikdən və dörd gün səyahət etdikdən sonra batıb.
Laynerin qalıqları okeanın dibində təxminən 3810 metr dərinlikdə yerləşir. Gəminin iki əsas hissəsi isə bir-birindən 790 metr məsafədə dağınıq vəziyyətdədir.
Əvvəllər bir çoxları hesab edirdi ki, nəhəng buz parçaları "Titanik"i uzaq şimal ərazilərində məhv edib. Lakin hazırda XX əsrin əvvəllərinin ən böyük sərnişin gəmisinin qəza yeri ilə bağlı dəqiq məlumatlar məlumdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1017 Tarix: 22 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089