Şuşa Forumundan dünyaya mesaj: Prezident İlham Əliyev nələri açıqladı?

Şuşa Forumundan dünyaya mesaj: Prezident İlham Əliyev nələri açıqladı?İyulun 13-də Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəyə sadiq qalaraq forumun açılışında çıxış etdi. Dövlət başçısının nitqi geniş mövzuları əhatə etməklə yanaşı, Azərbaycanın xarici siyasəti baxımından mühüm mesajlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa Şurasından tam çıxmasını nəzərdən keçirdiyini açıqladı. O bildirib ki, Azərbaycan bu qurumu tərk etsə belə, ölkədə heç kim bunu hiss etməyəcək və gündəlik həyatda ciddi dəyişiklik baş verməyəcək.

"Biz toqquşmaya getmək istəmirik. Xüsusilə də söhbət təkcə Avropa Şurası Parlament Assambleyasından deyil, Avropa Parlamentindən də gedir. Yenə də deyirəm, onlar bizə qarşı əsassız addımlar atırlar. Azərbaycana xüsusi qərəz nümayiş etdirirlər. Bu, onların hücumlarıdır və hamısı əsassızdır", - deyə Prezident vurğulayıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu açıqlama Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirməklə yanaşı, Avropa Şurasına ünvanlanan ciddi siyasi mesaj kimi də qiymətləndirilə bilər. Belə bəyanatlar adətən münasibətlərin mövcud formada davam edəcəyi təqdirdə, daha sərt qərarların verilə biləcəyinə işarə edir:

"Bununla yanaşı, Avropa Şurası ilə Avropa İttifaqının fərqli qurumlar olduğunu da nəzərə almaq vacibdir. Azərbaycanda bəzən bu iki təşkilat qarışdırılır. Avropa Şurasından çıxmaq Avropa İttifaqı ilə əməkdaşlığın dayandırılması anlamına gəlmir. Buna görə də belə bir qərarın iqtisadi, enerji və ticarət münasibətlərinə dərhal ciddi təsir göstərəcəyi gözlənilmir.

Prezident İlham Əliyev çıxışında ABŞ ilə İran arasında yaşanan gərginliyə də toxunaraq münaqişənin qısa zamanda həllini tapacağına ümid etdiyini bildirib.

Bu bəyanat Azərbaycanın təhlükəsizlik mühitinə verilən siyasi qiymət baxımından diqqət çəkir. Prezidentin "Azərbaycan demək olar ki, müharibənin mərkəzindədir" fikri ölkənin geosiyasi baxımdan olduqca həssas regionda yerləşdiyini və ətraf münaqişələrin yaratdığı riskləri ifadə edir.

Diqqətçəkən məqamlardan biri də Prezidentin balanslı mövqe sərgiləməsidir. O, nə ABŞ-ı, nə də İranı ittiham edir, əsas diqqəti münaqişənin dayandırılmasına, qan tökülməsinin qarşısının alınmasına və regional sabitliyin qorunmasına yönəldir. Bu yanaşma Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin davamı kimi qiymətləndirilə bilər.

Prezident Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçilik təşəbbüslərini də yüksək qiymətləndirib. Bu isə Azərbaycanın regional diplomatiyada yalnız böyük dövlətlərin deyil, regional aktorların da rolunu önəmli hesab etdiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Azərbaycan-ABŞ münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında münasibətlər hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu açıqlama son dövrün ən mühüm xarici siyasət mesajlarından biri hesab oluna bilər. Çünki Prezident sadəcə münasibətlərin yaxşı olduğunu deyil, onların strateji tərəfdaşlıq mərhələsinə keçdiyini vurğulayır.

Dövlət başçısı bu fikrini ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşlər, ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri və imzalanmış strateji tərəfdaşlıq sənədi ilə əsaslandırıb.

Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan-ABŞ münasibətləri son illərin ən yüksək səviyyəsinə çatıb. Vaşinqtonun vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin paraflanması, eləcə də ABŞ Konqresinin məşhur 907-ci düzəlişinin icrasının dayandırılması Bakının mühüm diplomatik uğurları kimi qiymətləndirilə bilər. Qarşıdakı dövrdə Azərbaycanın əsas məqsədlərindən biri isə həmin düzəlişin tamamilə ləğv edilməsinə nail olmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 171
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.