Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? - VACİB MƏLUMAT
Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirən statistika açıqlanıb. Rəsmi məlumatlara əsasən, son beş ildə 65 yaşına çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər olub. Bu, həmin dövrdə vəfat edən kişilərin 48,5 faizini təşkil edir.
Bəs pensiya yaşına çatmadan vəfat edən şəxslərin illərlə ödədiyi məcburi sosial sığorta haqları ilə bağlı mövcud hüquqi mexanizmlər nə dərəcədə ədalətlidir? Bu vəsaitlərin taleyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac varmı?
Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov pensiya məsələsi daim gündəmdə saxlanılmalı və mütəmadi olaraq müzakirə edilməlidir deyib:
"Çünki hazırda həm kişilər, həm də qadınlar üçün müəyyən edilmiş 65 yaş pensiya yaşı kifayət qədər yüksək hesab olunur. Vaxtilə bu yaş həddi müəyyən mənada məqbul görünə bilərdi. Lakin son illərdə insanların orta ömür uzunluğu ilə bağlı göstəricilər əvvəlki kimi deyil və bu amil də nəzərə alınmalıdır. Rəsmi hesablamalara görə, insan pensiyaya çıxdıqdan sonra orta hesabla təxminən 12 il pensiya almalıdır. Yəni 65 yaşında pensiyaya çıxan şəxsin 77 yaşınadək yaşaması nəzərdə tutulur. Ancaq reallıqda 77 yaşa qədər yaşayan insanların sayı da diqqətlə təhlil edilməlidir. Bu baxımdan, problem kifayət qədər ciddidir və öz həllini tapmalıdır".
İqtisadçının sözlərinə görə, keçmiş SSRİ ölkələri ilə müqayisədə Azərbaycanda pensiya yaşı ən yüksək olan ölkələrdən biridir:
"Hesab edirəm ki, bu mexanizm yenidən nəzərdən keçirilməlidir. Digər mühüm məsələ isə pensiya yaşına çatmadan vəfat edən şəxslərlə bağlıdır.
Onlar uzun illər ərzində əməkhaqlarından sosial sığorta haqları ödəyirlər. Lakin pensiya yaşına çatmadan dünyasını dəyişdikdə həmin vəsaitdən özləri istifadə edə bilmirlər və bu məbləğ faktiki olaraq dövlətin sərəncamında qalır. Məncə, bu, tam ədalətli yanaşma deyil. Çünki həmin vəsait o şəxsin əməkhaqqından tutulmuş, onun adına formalaşmış vəsaitdir. Əgər həmin şəxs ondan istifadə edə bilmirsə, heç olmasa, bu vəsait onun varislərinə və ya ailə üzvlərinə ödənilməlidir".
V.Əhmədov pensiya sistemi ilə bağlı Milli Məclisdə dəfələrlə fikir səsləndirdiyini bildirib:
"Hesab edirəm ki, Azərbaycanda artıq özəl pensiya fondlarının yaradılmasının vaxtı çoxdan çatıb. İnsanların seçim imkanı olmalıdır. Yəni yalnız bir dövlət pensiya fondu deyil, müxtəlif özəl pensiya fondları fəaliyyət göstərməlidir. Vətəndaş da hansı fondun şərtlərini daha sərfəli hesab edirsə, onunla müqavilə bağlayaraq vəsaitini həmin fonda yönləndirə bilməlidir. Bir daha vurğulamaq istəyirəm ki, sosial sığorta fonduna yığılan vəsait dövlətin deyil, həmin şəxsin vəsaitidir. O, vətəndaşın əməkhaqqından tutulmuş puldur və onun hüququ qorunmalıdır. Buna görə də hökumət və Milli Məclis bu istiqamətdə müvafiq qərarlar qəbul etməli, pensiya sistemində zəruri dəyişikliklər etməli və mövcud problemlərin həllini təmin etməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 607 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880