Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladı

Kiberdələduzları aşkar edən proqram varmı? Ekspert cavabladıBir çox insanı maraqlandıran suallardan biri budur: Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellekt və xüsusi təhlükəsizlik sistemləri vasitəsilə şübhəli əməliyyatları, saxta saytları, fişinq hücumlarını və digər dələduzluq cəhdlərini müəyyən etməyə çalışırlar:

"Lakin heç bir proqram kiberdələduzluğu 100 faiz aşkarlaya bilmir. Çünki kiberdələduzlar da müasir texnologiyalardan istifadə edir, üsullarını davamlı olaraq yeniləyirlər. Bu gün bloklanan üsul sabah fərqli formada yenidən ortaya çıxa bilir. Xüsusilə süni intellektin inkişafı ilə saxta mesajlar, səslər və videolar daha inandırıcı hazırlanır.

Əslində kibertəhlükəsizlikdə ən güclü müdafiə vasitəsi çox vaxt insanın öz diqqətidir. Dələduzlar əsasən insanların qorxu, maraq və tələskənlik hisslərindən istifadə edirlər. "Kartınız bloklanıb", "Hesabınıza giriş edilib", "Bağlamanız gəlib" və ya "Təcili pul göndərin" kimi mesajlar insanı düşünmədən addım atmağa sövq etmək məqsədi daşıyır.

Belə hallardan qorunmağın ən effektiv yolu naməlum keçidlərə daxil olmamaq, SMS-lə göndərilən təsdiq kodlarını heç kimlə paylaşmamaq, bank kartı məlumatlarını üçüncü şəxslərə verməmək, iki mərhələli autentifikasiyanı aktiv saxlamaq və tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməkdir. Bununla yanaşı, telefon və kompüterlərdə təhlükəsizlik yeniləmələrinin vaxtında quraşdırılması da kibertəhlükələrdən qorunmaq üçün mühüm əhəmiyyət daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını

10:58 165
.

Tramp administrasiyasından miqrantlarla bağlı 410 milyon dollarlıq addım

ABŞ Prezidenti Donald Trampın administrasiyası iyunun sonunadək ABŞ-dan üçüncü ölkələrə deportasiya edilən miqrantların qəbul edilməsi üçün ən azı 410 milyon dollar məbləğində vəsait ayırıb və ya bu vəsaiti ayırmağı vəd edib. xəbər verir ki, bu barədə "The Washington Post" (WP) daxili hökumə

11:11 160
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

12:06 188
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21.09.2026 299
.

"Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"

"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı

14:38 174
.

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq"

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dağ-mədən və metallurgiy

14:27 155
.

Lavrov: Rusiya-Ermənistan dialoqu xalqların maraqlarına xidmət edir

Rusiya və Ermənistan arasında dialoqun davam etdirilməsi hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib. "Əminəm ki, Rusiya və Ermənistan xaric

10:40 152
.

Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?

"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc

13:25 163
.

ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"

Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir. Bəs dəyişikliklər məktəblərd

13:10 197
.