Yusuf Tekinin "Kurtuluş Savaşı" açıqlaması niyə mübahisə doğurdu?
Türkiyənin təhsil naziri Yusuf Tekinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşdə yeni tədris proqramı ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, dərs proqramlarında "Kurtuluş Savaşı" ifadəsi "Milli Mücadele" termini ilə əvəz olunacaq.
Y.Tekin bunu "Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi" sözləri ilə əsaslandırıb. Lakin tarixi faktlar göstərir ki, həmin dövrdə Osmanlı artıq zəifləyən, daxildən parçalanan və "Avropanın xəstə adamı" adlandırılan bir dövlət idi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, 1920-ci il avqustun 10-da imzalanan Sevr müqaviləsi Osmanlıya son dərəcə ağır şərtlər diktə etdi. İmperiya Yaxın Şərqdəki torpaqlarını itirdi, Anadolunun böyük hissəsi işğal olundu, İstanbul müttəfiq dövlətlərin nəzarətinə keçdi. Ordunun sayı azaldıldı, donanma faktiki olaraq ləğv edildi, dövlətin siyasi və iqtisadi müstəqilliyi ciddi şəkildə məhdudlaşdırıldı. Beləliklə, Osmanlı hüquqi baxımdan mövcud olsa da, real müstəqilliyini böyük ölçüdə itirmişdi:
"Bu baxımdan "Milli Mücadele" termini tarixi vəziyyəti tam əks etdirmir. Çünki bu anlayış milli dövlət quruculuğunu və siyasi iradənin formalaşmasını ifadə edir. Halbuki Osmanlı hökuməti xalqın iradəsini nəzərə almadan Sevr müqaviləsini imzalamışdı.
"Kurtuluş Savaşı" ifadəsi isə həmin dövrün mahiyyətini daha dəqiq əks etdirir. Bu termin işğal altındakı və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış vətənin azad edilməsi uğrunda aparılan mübarizəni ifadə edir.
Mustafa Kamal Atatürk 1919-cu ildə Sultan VI Mehmed Vahidəddin tərəfindən Samsuna göndərilsə də, məqsəd "Milli Mücadele" başlatmaq deyildi. O, 9-cu Ordu Müfəttişi kimi bölgədə asayişi təmin etməli idi. Lakin Mustafa Kamal əldə etdiyi geniş səlahiyyətlərdən istifadə edərək dağınıq müqavimət qüvvələrini birləşdirdi və sonradan "Kurtuluş Savaşı"nın əsasını qoydu.
Qeyd edilməlidir ki, Sevr müqaviləsi Osmanlı hökuməti tərəfindən imzalansa da, Türkiyə Böyük Millət Məclisi onu tanımadı və buna görə də müqavilə heç vaxt tam qüvvəyə minmədi.
Yusuf Tekinin təşəbbüsü tarixi reallıqlarla uzlaşmır. Maraqlıdır ki, Sultan VI Mehmed Vahidəddin ömrünün son illərində ağır şəraitdə yaşamasına baxmayaraq, nə Türkiyə Cümhuriyyətini, nə də Mustafa Kamal Atatürkü açıq şəkildə tənqid etmiş, hətta ailəsinə onun təhqir olunmasını qadağan etmişdi.
Türkiyə Osmanlının varisidir. Ancaq varisliyin mahiyyəti keçmişi dəyişmək deyil, onun səhvlərindən nəticə çıxararaq gələcəyi daha sağlam qurmaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789