Telefonunuza gizli hücum olur? - Bu cür biləcəksiniz
Müasir smartfonlarda şəxsi məlumatların böyük hissəsi saxlanıldığı üçün kibercinayətkarlar istifadəçilərin cihazlarına gizli şəkildə daxil olmağa çalışırlar. Mütəxəssislər smartfonun izlənilməsi və ya məlumatların oğurlanması ehtimalını göstərə biləcək əsas əlamətləri açıqlayıb, eyni zamanda istifadəçilərə təhlükəsizliklə bağlı vacib tövsiyələr veriblər.
Lent.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, diqqət yetirilməli ilk əlamətlərdən biri smartfonun istifadə edilmədiyi halda belə həddindən artıq isinməsidir.
Cihaz gözləmə rejimində olmasına baxmayaraq isti qalırsa, bu, arxa planda işləyən naməlum proqramların və ya şübhəli proseslərin mövcudluğundan xəbər verə bilər.
Digər mühüm əlamət batareyanın əvvəlkindən daha sürətlə boşalmasıdır. Əgər istifadə vərdişləriniz dəyişməyib, lakin telefonun enerjisi qısa müddətdə tükənməyə başlayıbsa, bunun səbəbi arxa planda fasiləsiz işləyən proqramlar ola bilər. Mütəxəssislər smartfonun qəfil yavaşımasına da diqqət yetirməyi tövsiyə edirlər. Proqramların gec açılması, sistemin donması və ya ümumi performansın zəifləməsi cihazın əlavə yüklənməsi ilə əlaqəli ola bilər.
Telefon danışıqları zamanı eşidilən kənar səslər, əks-səda və ya tez-tez yaranan maneələr də diqqətdən kənarda qalmamalıdır. Bu cür problemlər əksər hallarda mobil rabitənin keyfiyyəti ilə bağlı olsa da, bəzi hallarda üçüncü tərəf proqramlarının müdaxiləsinə işarə edə bilər.
Bundan başqa, istifadəçinin özü quraşdırmadığı naməlum tətbiqlərin telefonda görünməsi ciddi xəbərdarlıq siqnalı hesab olunur. Belə hallarda cihazdakı tətbiqlərin siyahısını yoxlamaq, tanımadığınız proqramları silmək və onların hansı icazələrə malik olduğunu nəzərdən keçirmək tövsiyə edilir.
Məlumatların təhlükəsizliyini artırmaq üçün mütəxəssislər açıq Wi-Fi şəbəkələrinə avtomatik qoşulma funksiyasını söndürməyi, tətbiqlərin kamera, mikrofon və digər məlumatlara giriş icazələrini mütəmadi yoxlamağı, əməliyyat sistemini daim yeniləməyi və bütün vacib hesablar üçün iki mərhələli identifikasiya funksiyasını aktivləşdirməyi məsləhət görürlər. Bu sadə addımlar şəxsi məlumatların icazəsiz əldə olunması riskini əhəmiyyətli dərəcədə azalda bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 442 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 248 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 156 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 225 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 186 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103