Dünyanın ən böyük ayağına sahib qadın
ABŞ sakini Tanya Herbert dünyanın ən böyük ayağına sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun qeyri-adi bədən ölçüləri gündəlik həyatına ciddi təsir göstərir və ən böyük problemi uyğun ayaqqabı tapmaqdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Tanya Herbert 2022-ci ildə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Onun sağ ayağının uzunluğu 33,1 santimetr, sol ayağının uzunluğu isə 32,5 santimetrdir. Bu isə təxminən 52 ölçülü ayaqqabıya uyğun gəlir. Tanyanın boyu da kifayət qədər uzundur - təxminən 205-206 santimetr. O, dünyanın ən hündür qadınlarından biri hesab olunur. Rekordçunun sözlərinə görə, bu xüsusiyyət əsasən genetik irsiyyətlə bağlıdır. Valideynləri də çox hündürboylu olublar.
Ən böyük problem - ayaqqabı tapmaq
Tanya Herbert üçün ən çətin məsələ adi mağazalarda ayaqqabı tapa bilməməsidir. Yeniyetmə yaşlarında qadın ayaqqabısı tapılmadığı üçün o, 48 ölçülü kişi ayaqqabıları geyinməyə məcbur qalıb. Hazırda vəziyyət qismən yaxşılaşıb. O, fərdi sifarişlə ayaqqabı hazırlayan bir neçə brendlə əməkdaşlıq edir, həmçinin internet üzərindən sifariş verir. Bəzi ayaqqabıları isə daha rahat və zərif görünməsi üçün özü dəyişdirir.
Populyarlığın mənfi tərəfi
Rekord ona dünya şöhrəti qazandırsa da, sosial şəbəkələrdə xoşagəlməz hallarla da üzləşir. Tanya bildirib ki, tez-tez tanımadığı şəxslərdən ayaqlarının şəkillərini pul qarşılığında paylaşması ilə bağlı təkliflər alır. Şərhlərdə də müxtəlif fetiş xarakterli mesajlarla rastlaşır. O, belə təklifləri qəbul etmədiyini və onları prinsipial şəkildə görməzlikdən gəldiyini deyib.
Rekorddan kənar həyatı
Bütün çətinliklərə baxmayaraq, Tanya Herbert həyatında inancın və mənəvi dəyərlərin mühüm yer tutduğunu deyir. Onun sözlərinə görə, məhz bu dəyərlər ictimai diqqətin yaratdığı təzyiqin öhdəsindən gəlməsinə kömək edir. Bu il iyunun 1-də 42 yaşını qeyd edən rekordçu bildirib ki, onun üçün yaş deyil, inkişaf etmək, inancını qorumaq və keçdiyi yola görə minnətdar olmaq daha önəmlidir.
Moda sənayesində dəyişiklik istəyir
Tanya Herbert qeyri-standart ayaqqabı ölçüsünə malik insanların problemlərinə diqqət çəkmək üçün də fəaliyyət göstərir. O, böyük ölçülü ayaqqabılar istehsal edən brendlərlə əməkdaşlıq edir və hesab edir ki, dəbli geyinmək hər kəs üçün əlçatan olmalıdır. Onun fikrincə, moda sənayesi müxtəlif bədən quruluşuna və ölçülərə malik insanları da nəzərə almalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 911 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 442 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 248 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 156 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 225 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 186 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103