Məişət zorakılığı, təhqir və hörmətsizlik - hansı hallarda mənəvi təzminat tələb oluna bilər?

Məişət zorakılığı, təhqir və hörmətsizlik - hansı hallarda mənəvi təzminat tələb oluna bilər?"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirabdır. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizlik nəticəsində zərərçəkmiş şəxsin yaşadığı mənəvi sarsıntının və ya iztirabın qismən aradan qaldırılması, pozulmuş mənəvi tarazlığının bərpası, yaşama sevincinin və həyat motivasiyasının yenidən formalaşmasına xidmət edən hüquqi vasitədir. Şəxsiyyət hüquqlarının pozulması nəticəsində fiziki şəxsə həm maddi, həm də mənəvi zərər dəyə bilər.

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, mənəvi sarsıntı dedikdə, şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində yaranan, insanın daxili psixoloji sabitliyini pozan, lakin iztirab həddinə çatmayan neqativ emosional vəziyyət - stress, qorxu, qəzəb, kədər, alçalma hissi, utanma, məyusluq, qıcıqlanma və uzunmüddətli qeyri-müəyyənlik başa düşülür:

"Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində şəxsin davamlı fiziki və ya psixi əzab çəkməsinə səbəb olan daha ağır emosional vəziyyətdir. Buraya xəstəlik, orqanların zədələnməsi və ya itirilməsi, fiziki ağrılar, eləcə də depressiya və digər psixi pozuntular aid edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında ər-arvadın şəxsiyyət hüquqlarına da ayrıca yer ayrılıb. Qərarda qeyd olunur ki, ailə qanunvericiliyi ilə müəyyən edilmiş hüquq və vəzifələr ailənin möhkəmləndirilməsinə, ailə üzvlərinin qarşılıqlı yardım və məsuliyyətinə, eləcə də onların hüquqlarının maneəsiz həyata keçirilməsinə xidmət edir. Ailə üzvləri öz hüquqlarını həyata keçirərkən digər ailə üzvlərinin hüquq və azadlıqlarını pozmamalı, ailənin rifahı naminə birgə fəaliyyət göstərməlidirlər.

Ər-arvadın ümumi şəxsiyyət hüquqları ilə yanaşı, ailə münasibətlərindən irəli gələn hüquqları da mövcuddur. Bunlara hüquq bərabərliyi, qarşılıqlı hörmət və dəstək gözləmək hüququ, sərbəst şəkildə soyad, peşə və məşğuliyyət seçmək kimi hüquqlar daxildir. Bu hüquqların pozulması həm hərəkət, həm də hərəkətsizlik formasında baş verə bilər.

Belə hallara məişət zorakılığı, psixoloji və fiziki şiddət, təzyiq göstərilməsi, həyat yoldaşının xəstəliyi, cərrahi əməliyyatı və ya müalicəsi ilə maraqlanmamaq, hamilə qadını köməksiz vəziyyətdə qoymaq, ailə və ya şəxsi sirri yaymaq, şərəf və ləyaqəti alçaltmaq, davamlı hörmətsiz davranmaq, şəxsi iqtisadi və sosial təzyiqə məruz qoymaq, yaşadığı evdən qovmaq və ailə qanunvericiliyinə zidd digər davranışlar aid edilir.

Bununla yanaşı, ər və ya arvadın boşanmaq istəməsi, qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etməsi, məsələn, birgə əmlakın bölünməsi ilə bağlı iddia qaldırması və ya nikah müqaviləsinin bağlanmasını təklif etməsi hüquqazidd əməl hesab edilmir. Eyni zamanda, nikah münasibətləri faktiki olaraq pozulduqdan sonra həyat yoldaşına maddi yardım göstərməmək, xəstəliyi ilə maraqlanmamaq və ailə münasibətlərindən irəli gələn bəzi öhdəlikləri yerinə yetirməmək də hər zaman hüquqazidd davranış kimi qiymətləndirilə bilməz.

Mənəvi zərərin kompensasiyası ilə bağlı iddialara baxılarkən məhkəmə ilk növbədə şəxsiyyət hüquqlarının pozulub-pozulmadığını, eləcə də bunun nəticəsində zərərçəkmiş şəxsin mənəvi sarsıntı və ya iztirab keçirdiyini araşdırmalıdır.

Kompensasiyanın məbləği müəyyən edilərkən zərərçəkmiş və zərərvuran şəxslərin fərdi xüsusiyyətləri, pozulmuş hüququn xarakteri, hüquqazidd əməlin ağırlıq dərəcəsi, nəticələri, baş vermə şəraiti, təyin olunacaq təzminatın mütənasibliyi və iş üzrə digər mühüm hallar nəzərə alınmalıdır.

Mənəvi zərərə səbəb olan hüquqazidd əməlin xarakteri onun hansı şəxsiyyət hüququna yönəlməsi, hüquq pozuntusunun növü, ağırlıq dərəcəsi və təqsirin formasından asılı olaraq qiymətləndirilir. Müdaxilə edilən hüququn mahiyyətindən asılı olaraq vurulan mənəvi zərərin həcmi də fərqli ola bilər.

Qeyd edək ki, şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 672   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 442
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 248
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 156
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

19:24 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 225
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 186
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.