2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.
Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.
İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür: "Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var. O, hər kəsə böyük miqdarlarda - 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış "polka"larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu. Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər. Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir".
Əldə etdiyimiz məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub. Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.
Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir: "Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 855 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 442 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 248 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 156 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 225 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 186 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103