"Türkiyəsiz regional problemlərin həlli çətin görünür" - Bəhruz Quliyev

"Türkiyəsiz regional problemlərin həlli çətin görünür" - Bəhruz Quliyev"ABŞ Prezidenti Donald Trampın 17 ildən sonra Türkiyəyə səfəri təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həm də dəyişən qlobal geosiyasi nizam kontekstində xüsusi diqqət çəkir. Bu səfər göstərir ki, Türkiyə artıq regional güc statusunu xeyli aşaraq qlobal siyasi proseslərə təsir göstərən əsas aktorlardan birinə çevrilib".

BiG.AZ xəbər verir ki, bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev səsləndirib.

Ekspert bildirib ki, hazırkı geosiyasi reallıq onu göstərir ki, Türkiyənin iştirakı olmadan bir sıra regional təhlükəsizlik, enerji, nəqliyyat və diplomatik məsələlərin həlli çətin görünür. Onun sözlərinə görə, məhz bu səbəbdən Vaşinqton-Ankara dialoqunun yeni mərhələyə keçməsi NATO daxilində əməkdaşlığın gücləndirilməsi, Yaxın Şərqdə sabitliyin təmin olunması, eləcə də Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

B.Quliyev qeyd edib ki, səfərdən əsas gözləntilər müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, terrorizmlə mübarizə və regional münaqişələrin diplomatik yollarla həlli istiqamətində yeni razılaşmaların əldə olunmasıdır.

Ekspertin fikrincə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Azərbaycan-Ermənistan normallaşma prosesi və Orta Dəhlizin inkişafı ilə bağlı məsələlərin də danışıqların əsas mövzularından biri olacağı istisna edilmir.

Bəhruz Quliyev vurğulayıb ki, Türkiyənin beynəlxalq nüfuzunun artması Azərbaycan üçün də mühüm strateji üstünlüklər yaradır. Onun sözlərinə görə, "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından biridir. Güclü Türkiyə eyni zamanda Türk dünyasının inteqrasiyasına, yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə əlavə təkan verir.

"Donald Trampın Türkiyəyə səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də yeni dünya düzənində Türkiyənin artan rolunun və beynəlxalq nüfuzunun növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Səfərin nəticələri qarşıdakı dövrdə regionun siyasi və iqtisadi gündəliyinə təsir göstərə biləcək mühüm qərarların qəbuluna zəmin yarada bilər", - deyə ekspert əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 07 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü

13.11.2026 442
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 248
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 156
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

19:24 0
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 225
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 186
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.