Səs-küylü məhkəmə işi - Həbs mütləq idimi?

Səs-küylü məhkəmə işi - Həbs mütləq idimi?"Arzum 9999" ləqəbi ilə tanınan bloger İlduzə Hacıyeva 5 il 2 aylıq cəza alaraq məhkəmə zalında həbs edildi. İndi müzakirə olunan cəzanın həddən artıq sərt olmasıdır. Bu, bir sıra suallar yaradır?

BDU-nun Hüquq fakültəsinin elmi işlər üzrə müavini, hüquq üzrə fəlsəfə doktoru, Rahim Məmmədov "Yeni Sabah"a bildirib ki, bu qərarın cəmiyyətdə müxtəlif rəylər doğurması təbiidir:

"İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci maddəsi - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə təqsirli bilinib. Həmin maddənin sanksiyasına əsasən, şəxs 3 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilə, eyni zamanda, 2 ildən 6 ilədək azadlıqdan məhrum oluna bilər". pizza hut

R.Məmmədovun sözlərinə görə, belə qəzalarda cəza bütün işlər üçün eyni olmur, hər hadisə ayrıca qiymətləndirilir:

"Avtoqəzalarda hansı hallarda həbsin qaçılmaz olması məsələsinə gəldikdə isə ümumi qayda budur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərə görə qanun həm alternativ, həm də azadlıqdan məhrumetmə cəzasının tətbiqinə imkan verir. Əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olursa, artıq Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tələbləri tətbiq edilir".

Hüquqşünas hakimin çıxardığı hökmə dair qeyd edib:

"Cəzanın normal olub-olmadığını yalnız məhkəmənin araşdırdığı konkret hallar əsasında qiymətləndirmək olar. Məhkəmə cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onu xarakterizə edən halları, eləcə də digər mühüm məqamları araşdırdıqdan sonra cəzanı müəyyən edir. Yəni 5 il 2 ay müddətində azadlıqdan məhrumetmə cəzası da həmin qiymətləndirmənin nəticəsi kimi təyin olunub.

Bununla belə, nəzərə alınmalıdır ki, söhbət ehtiyatsızlıqdan törədilmiş cinayətdən getsə də, nəticədə bir insan həyatını itirib. Bu itkinin əvəzini heç nə ilə qaytarmaq mümkün deyil.

Digər tərəfdən, təqsirləndirilən şəxsin dəymiş zərəri ödəməsi, peşman olması, ailəli olması, azyaşlı uşaqlarının olması kimi hallar, qanunvericiliyə əsasən, cəzanı yüngülləşdirən hallar hesab oluna bilər. Bu konkret işdə həmin halların hansı həddə nəzərə alındığını söyləmək çətindir. Lakin ümumilikdə məhkəmələr belə halları qiymətləndirirlər".

R.Məmmədov hesab edir ki, cəzanın maksimum həddə verilməsi problemi tam həll etmir:

"Şəxsi mövqeyim budur: həm statistika, həm də məhkəmə təcrübəsi göstərir ki, cəzanın sərtləşdirilməsi bütün hallarda insanların cinayət törətməsinin qarşısını almır və onların islahına da mütləq şəkildə təsir etmir.

Hesab edirəm ki, müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti verə və iş yuxarı instansiya məhkəməsində yenidən qiymətləndirilə bilər. Çünki söhbət qəsdən deyil, ehtiyatsızlıqdan törədilmiş cinayətdən gedir. Heç kim qəsdən belə bir nəticənin baş verməsini istəməz. Amma bununla yanaşı, bir insanın həyatını itirməsi onun ailəsi və yaxınları üçün çox ağır nəticələr doğurur.

Yuxarı instansiya məhkəməsi işə baxarkən peşmançılığı, dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsin ailə vəziyyətini, uşaqlarının olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq cəzanı dəyişə də bilər, dəyişməyə də bilər. Bu artıq məhkəmənin hüquqi qiymətləndirməsindən asılı olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 05 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 80
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 461
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 226
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 67
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

19:24 0
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 204
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 321
.