Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi
Ölümlə nəticələnən avtomobil qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinən tiktoker İlduzə Hacıyevanın ("Arzum") həbsi iki gündür gündəmdən düşmür. Bu gün isə sözügedən qəzada həlak olan Amal Məlikovun vaxtilə narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair yayılan məhkəmə sənədləri müzakirələri yenidən alovlandırıb. Həmin hökmün surəti paylaşılaraq, Amalın qəza zamanı da narkotik vasitənin təsiri altında ola biləcəyi iddia edilir.
"Qafqazinfo" məsələ geniş müzakirə mövzusuna çevrildiyindən hər cür şübhəyə aydınlıq gətirmək məqsədilə qəzanın baş verdiyi gün Amalın narkotik vasitə və ya spirtli içki qəbul edib-etmədiyini araşdırıb. Sözsüz ki, bu suala cavab verən ən mötəbər sənəd isə məhkəmə-tibbi ekspertizasının rəyidir.
Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, yol-nəqliyyat hadisəsi zamanı həlak olan Amal Məlikovun qanında nə spirt, nə də narkotik vasitə aşkar edilib.
Rəydə bu barədə konkret olaraq belə qeyd olunur:
"Mərhum A.M.Məlikovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredici maddələr aşkar edilməmişdir".
Məhkəmə isə hökmü Azərbaycan Respublikası adından çıxarır. Hakim hökm qəbul edərkən emosiyalara deyil, iş üzrə toplanmış sübutlara, ekspert rəylərinə və digər araşdırılmış materiallara əsaslanır. Tərəflərdən hər hansı biri hökmlə razılaşmadıqda isə qanun ona apellyasiya instansiyasına müraciət etmək hüququ verir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 799 Tarix: 04 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVolodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
19:00 80 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 461 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 226 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 67 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 204 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13.11.2026 321