Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyir

Bakı və Daşkənd parlamentlərarası dialoqun genişləndirilməsini hədəfləyirAzərbaycan və Özbəkistan parlamentləri parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində iş aparır, tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini hədəfləyir.

"Report" Özbəkistan Senatına istinadən xəbər verir ki, bu məsələ Ali Məclis Senatının sədri Tənzilə Narbayevanın Azərbaycanın ölkədəki diplomatik missiyasını başa vuran səfiri Hüseyn Quliyevlə görüşündə müzakirə olunub.

Görüş zamanı tərəflər dostluq, qardaşlıq, qarşılıqlı etimad və müttəfiqlik prinsiplərinə əsaslanan Özbəkistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

"Görüşdə tərəflər vurğulayıblar ki, iki dövlət liderlərinin siyasi iradəsi və etimada əsaslanan münasibətləri sayəsində Özbəkistan-Azərbaycan əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Son illərdə siyasi dialoq əhəmiyyətli dərəcədə fəallaşıb, müqavilə-hüquq bazası möhkəmlənib, ticari-iqtisadi, investisiya, regionlararası və mədəni-humanitar əlaqələr genişlənir. Xüsusi diqqət parlamentlərarası qarşılıqlı fəaliyyətə yönəldilib. Vurğulanıb ki, iki ölkənin parlamentləri tərəfindən ali səviyyədə əldə olunmuş razılaşmaların qanunvericiliklə müşayiət olunması üzrə sistemli iş aparılır", - məlumatda bildirilib.

Söhbət zamanı T.Narbayeva və H.Quliyev iki ölkənin müvafiq komitələri və parlamentlərarası əməkdaşlıq qrupları arasında əlaqələrin daha da genişləndirilməsinin, habelə beynəlxalq parlament təşkilatları platformalarında qarşılıqlı fəaliyyətin fəallaşdırılmasının vacibliyini qeyd ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 557   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

14:19 168
.

Şəmkirdə 13 il əvvəlki qətlin ÜSTÜ AÇILDI

Prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. DİN və Baş Prokuroruluğun mətbuat xidmətlərindən -a daxil olan birgə məlumata görə, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanı

18:30 1
.

Nə otel var, nə kafe - bu adaya turistlər donuzlara görə gəlirlər

Yunanıstanın kiçik Atokos adasında nə otel, nə də kafe var. Buna baxmayaraq, ada turistlərin diqqətini çəkir. Səbəb isə çimərlikdə sərbəst gəzən və istirahətçilərlə birlikdə dənizdə üzən qara donuzlardır. xarici mediaya istinadla xəbər verir ki, İon dənizində yerləşən Atokos İtaka, Lefkada və Kefaloniy

18:15 66
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

18:45 1
.

Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili

16:40 153
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

12:06 189
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

21:00 1
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

17:28 94
.

Prezident müşavirə keçirdi - Foto

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı tədbird

12:10 202
.