"Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər" - Video

"Sanatoriyada şüşə qırılıb 7 yaşlı oğlumun üzərinə töküldü, pul tələb etdilər" - Video"Buzovnada yerləşən sanatoriya mərkəzində qapının şüşəsi qırılaraq 7 yaşlı oğlumun üzərinə tökülüb. Mərkəzdən mənə zəng edərək şüşənin pulunu ödəməyimi tələb etdilər".

Bu şikayətlə "Qafqazinfo"ya uşağın atası Camal Əkbərov müraciət edib.

Şikayətçinin sözlərinə görə, hadisə böyük oğlunun 5-ci sinfi başa vurması münasibətilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində təşkil olunan tədbir zamanı baş verib: "Balaca oğlum ayaqyoluna getmək istəyib. Yerini soruşanda bağban içəridə olduğunu göstərib. Uşaq qapıya yaxınlaşarkən bağlanıb, o isə qapanmaması üçün əlləri ilə saxlamaq istəyib. Bu zaman qapının lay şüşəsi çatlayaraq xıncım-xıncım olub və onun üzərinə tökülüb".

C.Əkbərov iddia edib ki, hadisədən sonra sanatoriya rəhbərliyi tərəfindən onunla əlaqə saxlanılaraq qırılan şüşənin pulunun ödənilməsi tələb olunub: "Mən isə bu tələblə razılaşmadım. Əgər həqiqətən uşağın günahı olsaydı, ziyanı ödəməyə hazır idim. Amma uşaq şüşəyə nə daş atıb, nə də top vurub. Sadəcə bağlanmaq üzrə olan qapını əli ilə saxlamaq istəyib və şüşə çatlayıb. Düşünürəm ki, şüşədə əvvəlcədən hər hansı çat və ya qüsur olub, çünki 7 yaşlı uşaq əli ilə belə bir şüşəni necə qıra bilər? Hətta çatlayan şüşə oğlumun əlini kəsmişdi. Ciddi nə isə olmadığı üçün ekspertizaya aparmadıq. Bəs şüşə oğlumun damarını kəssəydi, necə olacaqdı?"

Vətəndaş tələblə başda razılaşmasa da, sonda tələb olunan məbləği ödədiyini deyib: "Məni ora çağırdılar. Mərkəzin baş direktoru Mürsəl Mürsəlov hadisəyə görə mərkəzə 80 AZN zərər dəydiyini, məndən isə bunun yarı faizini (40 AZN) ödəməyimi tələb etdi. Nəticədə, həmin məbləği ödəməli oldum".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi: "23.06.2026-cı il tarixində saat 20:00 radələrində müəssisəmizdə baş vermiş hadisə ilə bağlı bildiririk ki, video-müşahidə kameralarının görüntülərinə əsasən, azyaşlı uşaq valideyninin nəzarətindən kənarda müəssisənin daxilində yerləşən sanitar qovşağa yaxınlaşaraq giriş qapısının şüşə hissəsini itələməklə qapını açmağa cəhd edib. Bu zaman qapının paket şüşəsinin (ikiqat şüşənin) bir qatında çat əmələ gəlib və həmin hissə sınıb.

Hadisədən dərhal sonra müəssisənin əməkdaşları tərəfindən uşağa diqqət göstərilib, vəziyyəti nəzarətə götürülüb və pediatr həkim tərəfindən müayinə aparılıb. Müayinə nəticəsində uşağın sağlamlıq vəziyyətində hər hansı xəsarət və ya problem müəyyən edilməyib.

Növbəti gün valideyn müəssisəyə dəvət olunub, onunla görüş keçirilib və video-müşahidə görüntüləri əsasında hadisənin başvermə şəraiti ətraflı izah edilib. Görüş zamanı hadisənin başvermə səbəbləri qarşılıqlı şəkildə müzakirə olunub.

Qapının zədələnməsi ilə bağlı dəymiş maddi zərər hesablanarkən müəssisə tərəfindən yalnız təmir xərclərinin bir hissəsinin qarşılanması təklif olunub. Bu məsələ tərəflər arasında qarşılıqlı razılıq əsasında həll edilib və bununla bağlı hər hansı əlavə tələb irəli sürülməyib.

Bir daha qeyd edirik ki, hadisə nəticəsində azyaşlının sağlamlığına hər hansı zərər dəyməyib və müəssisə tərəfindən hadisəyə operativ reaksiya verilərək bütün zəruri tədbirlər həyata keçirilib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 853   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 80
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 461
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 226
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

19:04 67
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

19:24 0
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 204
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 321
.