Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA

Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib. Bu zaman Hüseyn Həsənovun 2008-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub.

Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib və ilk baxış iclasını iyulun 17-nə, saat 10:00-a təyin edib.

Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və Zəfər Məmmədov birlikdə fəhlə işləyib və eyni evdə kirayədə qalıblar.

Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə yaranıb və bir-birlərinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə zamanı Hüseyn Həsənov Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra isə cinayətdə istifadə etdiyi bıçağı qonşunun həyətinə atıb.

Ev sahibinin sözlərinə görə, Hüseyn Həsənov hadisəni törətdikdən sonra evi də yandırmağa cəhd edib.

Hüseyn Həsənova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

12:06 189
.

Litva prezidenti ABŞ qoşunlarının yeni qrupu Litvaya "yollanır" deyə bildirib

Baltikyanı NATO üzvü olan dövlətin prezidenti çərşənbə axşamı sosial mediada X paylaşımında bildirib ki, ABŞ qoşunlarının yeni rotasiyası "artıq Litvaya gedir". BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, prezident ⁠Gitanas Nauseda Prezident Donald Trampa və ABŞ administrasiyasına təşəkkür edərə

15:24 160
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

19:30 1
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

20:30 1
.

"Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"

"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı

14:38 178
.

Vətən uğrunda canından keçən qəhrəmanlar: Onların döyüş yolu

Bu gün işğal olunmuş torpaqlarını düşməndən azad edən Azərbaycan xalqı özünün qürur və zəfər dövrünü yaşayır. Lakin heç nə unudulmur, heç nə yaddan çıxmır. Bu torpaqları canları və qanları bahasına xalqımıza ərmağan edən şəhidlərimizdir. Onları xatırlamaq, tanımaq və gələcək nəsillərə tanıtmaq bizi

14:34 156
.

ELMİN NURİ: "Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır"

Məktəblərdə şagirdlərin geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 21 sentyabr 309 nömrəli qərarı ilə məktəbli formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qərarda vahid formanı pozan geyim elementləri ilə bağlı tələblər dəqiqləşdirilir. Bəs dəyişikliklər məktəblərd

13:10 201
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

19:00 1
.

Prezidentdən forum iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlı

13:09 169
.