Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?

Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?Son günlər yumurta bazarında müşahidə olunan qiymət enişi geniş ajiotaj yaradıb. Bir neçə ay əvvəl bahalaşma ilə gündəmə gələn məhsul hazırda əks tendensiya nümayiş etdirir. Bazarda yaranan vəziyyət yumurta qiymətlərinin yay aylarında necə dəyişəcəyi ilə bağlı sualları da artırıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ekspertlər hesab edirlər ki, yaxın aylarda yumurta bazarında vəziyyət həm daxili istehsal göstəricilərindən, həm də istehsal xərclərinin dinamikasından asılı olacaq. Mütəxəssislərin fikrincə, yay mövsümündə yumurtaya olan tələbatın nisbətən azalması qiymətlərin sabit qalmasına və ya müəyyən qədər ucuzlaşmaya şərait yarada bilər.

Bazar iştirakçıları bildirirlər ki, qiymətlərin uzun müddət aşağı səviyyədə qalması istehsalçılar üçün müəyyən çətinliklər yarada bilər. Yem, enerji və logistika xərclərinin yüksək olduğu şəraitdə satış qiymətlərinin həddindən artıq enməsi rentabelliyi azalda bilər. Bu səbəbdən istehsalçıların bir hissəsi mövcud qiymətləri qənaətbəxş hesab etmir.

Kəskin ucuzlaşma qiymət artımına təkan verə bilər

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yumurta bazarında müşahidə olunan qiymət enişinin əsas səbəbi tələbatın azalması deyil, təklifin tələbi üstələməsidir: "Burada əsas amil bazarda məhsul bolluğunun yaranmasıdır. Yəni, qiymətlərin aşağı düşməsini birbaşa istehlak tələbinin zəifləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Hazırda bazarda təklif kifayət qədər çoxdur və bu da qiymətlərə aşağı istiqamətdə təzyiq göstərir. Eyni zamanda, havaların isti keçməsi yumurtanın saxlanılması və realizasiyası ilə bağlı riskləri artırır. Belə vəziyyətdə istehsalçılar və satıcılar məhsulun xarab olmasının qarşısını almaq üçün onu daha aşağı qiymətə satmağa üstünlük verirlər. Bu isə qısa müddətdə istehlakçılar üçün əlverişli görünsə də, istehsalçılar baxımından arzuolunan deyil. Çünki məhsulun maya dəyərindən və ya rentabellik səviyyəsindən aşağı qiymətə satılması sahibkarların maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur".

Ekspertin sözlərinə görə, bazarda baş verən kəskin ucuzlaşmaların uzunmüddətli təsirləri də nəzərə alınmalıdır. Belə ki, zərərlə işləyən istehsalçılar növbəti dövrlərdə istehsal həcmlərini azaltmağa məcbur qala bilərlər. Nəticədə bazara çıxarılan məhsulun miqdarı azalır, təklif daralır və bu da sonrakı mərhələdə qiymətlərin yenidən yüksəlməsinə zəmin yaradır. "Bazar iqtisadiyyatında tez-tez müşahidə olunan tendensiyalardan biri də məhz budur. Kəskin qiymət enişindən müəyyən müddət sonra təklifin azalması fonunda bahalaşma baş verir. Ona görə də hazırkı ucuzlaşmanın gələcək aylarda qiymətlərə necə təsir göstərəcəyini istehsalçıların davranışı müəyyən edəcək", - deyə X.Kərimli vurğulayıb.

İqtisadçı qeyd edib ki, qiymətin aşağı olması məhsulun keyfiyyəti ilə bağlı tələbləri dəyişmir. Onun fikrincə, məhsulun hansı qiymətə satılmasından asılı olmayaraq, istehsalçı və satıcılar keyfiyyət standartlarına tam riayət etməli, istehlakçıların sağlamlığı üçün hər hansı risk yaratmamalıdırlar. "İstehlakçıya təqdim olunan yumurta xarab olmamalı, saxlanma və satış qaydalarına uyğun şəkildə bazara çıxarılmalıdır", - deyə ekspert əlavə edib.

Bazarda təklif tələbi üstələyib

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə yumurta bazarında müşahidə olunan ucuzlaşmanın bir neçə səbəbdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, hazırda ölkədə yumurta istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, onu əhəmiyyətli dərəcədə üstələyir.

M.Həsənli qeyd edib ki, qiymətlərin aşağı düşməsində ilk növbədə mövsümi amillər rol oynayıb. Belə ki, gün işığının uzanması fərdi təsərrüfatlarda saxlanılan toyuqların məhsuldarlığını artırıb və bazara əlavə yumurta çıxarılıb. Eyni zamanda sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq müəssisələri də istehsal həcmlərini artırıblar ki, bu da bazarda təklifin daha da genişlənməsinə səbəb olub.

Assosiasiya sədrinin sözlərinə görə, qiymətlərə təsir edən digər vacib amillərdən biri ixracın zəifləməsidir. O bildirib ki, son dövrlər logistika sahəsində yaranan çətinliklər, xüsusilə İran üzərindən daşımalar zamanı müşahidə olunan problemlər ixrac imkanlarını məhdudlaşdırıb. Nəticədə xarici bazarlara yönəlməli olan məhsulun bir hissəsi daxili bazarda qalıb və bu da təklifin artmasına təsir göstərib.

M.Həsənli təhsil ilinin başa çatmasının da bazara müəyyən təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, məktəblərin bağlanması, insanların tətilə çıxması və istehlak vərdişlərində baş verən dəyişikliklər yumurtaya olan gündəlik tələbatın azalmasına səbəb olub. Bu amillərin məcmusu qiymətlərin aşağı düşməsini sürətləndirib.

"Yay aylarında yumurtanın qiymətində müəyyən qədər əlavə azalma da mümkündür. Bəzi hallarda qiymətlər 10-12 qəpik səviyyəsinə qədər enə bilər. Lakin bu vəziyyət uzunmüddətli olmayacaq və sentyabr ayından etibarən bazarda daha balanslı qiymətlərin formalaşacağını gözləyirik", - deyə o bildirib.

"Yumurtanın maya dəyəri 12 qəpikdir"

M.Həsənli qeyd edib ki, hazırda bir ədəd yumurtanın orta maya dəyəri təxminən 12 qəpik təşkil edir. Bundan aşağı satış istehsalçılar üçün birbaşa maliyyə itkisi deməkdir. Onun sözlərinə görə, hazırda ölkədə gündəlik yumurta istehlakı təxminən dörd milyon ədəd olduğu halda, istehsal həcmi altı milyon ədədə yaxınlaşır. Məhz bu fərq bazarda məhsul bolluğu yaradaraq qiymətlərin aşağı düşməsinə səbəb olur.

M.Həsənli vurğulayıb ki, son illərdə dövlətin kənd təsərrüfatı və quşçuluq sektoruna göstərdiyi dəstək nəticəsində ölkədə yumurta istehsalı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, bazarda təklif tələbi üstələyir və bunun nəticəsində yumurta qiymətlərində ciddi bahalaşma müşahidə olunmur. "Bu, bazar iqtisadiyyatının əsas qanunlarından biridir. Təklif tələbdən çox olduqda qiymətlər aşağı düşür. Son illərdə yumurta bazarında bir neçə dəfə analoji vəziyyət yaşanıb və hazırkı proses də həmin tendensiyanın davamıdır", - deyə sədr bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1304   Tarix: 28 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 314
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 216
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 125
.

Azərbaycan yeni mərmiatan dron istehsal edib

Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil

30.09.2026 217
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30.09.2026 279
.

Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?

Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad

30.09.2026 224
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 240
.

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg

30.09.2026 253
.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 87
.