Dörd günlük güclü maqnit qasırğası olacaq

Dörd günlük güclü maqnit qasırğası olacaqİyunun son günlərində Yer kürəsində geomaqnit aktivliyində artım müşahidə olunacaq.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, güclü maqnit qasırğası gözlənilməsə də, bəzi günlərdə orta səviyyəli təsirlər hiss oluna bilər.

Məlumata görə, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi nisbətən yüksək olacaq. Bu günlərdə Kp indeksi 3,7 səviyyəsinə çata bilər ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab olunur. Xüsusilə səhər və axşam saatlarında təsirin daha çox hiss ediləcəyi qeyd edilir.

28 iyunda aktivliyin tədricən azalacağı və Kp indeksinin 3 səviyyəsinə enəcəyi gözlənilir. 29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi, geomaqnit sahəsinin əsasən sabit qalacağı bildirilir.

Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər təhlükəli səviyyə hesab edilmir və əksər insanlar heç bir narahatlıq hiss etməyə bilər. Bununla belə, meteohəssas şəxslər, yaşlı insanlar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə bəzi əlamətlər yarana bilər.

Bu əlamətlər arasında baş ağrısı, yorğunluq, yuxu pozğunluğu, təzyiq dəyişiklikləri, ürəkdöyünməsinin sürətlənməsi, əsəbilik və diqqət dağınıqlığı yer alır.

Həkimlər belə günlərdə qəhvə və energetik içkilərin qəbulunu azaltmağı, kifayət qədər su içməyi, yüngül qidalanmağı və ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Həmçinin təmiz havada gəzinti etmək və günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq məsləhət görülür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vakansiya az, rəqabət çox, imtahan isə pullu - Müəllim namizədlərini nə gözləyir?

"Vakansiyaların azlığı və rəqabətin yüksək olması fonunda imtahanın ödənişli edilməsi namizədlər üçün əlavə maddi və mənəvi yük yaradır. Bu qərarın mümkün səbəblərini və yarada biləcəyi nəticələri bir neçə istiqamətdə izah etmək olar". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc

12.08.2026 208
.

"İkiniz də öləsiniz elə, gün görməyəcəksiniz" - Məhkəmədə QARĞIŞ DAVASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, zərərçəkmişin hüquqi nümayəndəsi Nərgiz Şəfiyeva hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Ben

12.08.2026 177
.

Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ

Astarada atasını söyən oğul saxlanılıb. -ın xəbərinə görə, 45 yaşlı Murad Əsədov (şərti adla) yaşadıqları evdə atası Həbiblə (şərti adla) mübahisə edib. Mübahisə zamanı oğul atasını söyərək, təhqir edib. Buna görə də, Həbib oğlu Muradı polisə şikayət edib. Şikayət əsasında Murad polis əməkdaşları tərəfində

12.08.2026 142
.

Elektrikli maşın sahiblərinin DİQQƏTİNƏ: Evdə şarj edənlər daha çox elektrik pulu ödəyə bilər

Elektromobillərin mühərrikləri yüksək səmərəliliyi ilə seçilsə də, avtomobilin enerji ilə doldurulması zamanı müəyyən elektrik itkisi yaranır. Araşdırmaya görə, bəzi modellərdə ev şəraitində enerji doldurma zamanı bu göstərici 25 faizə yaxınlaşa bilər. xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlə

12.08.2026 166
.

Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib - Cinayət işi AÇILDI

Avqustun 11-də Lənkəran rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan -a verilən xəbərə görə, ilkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 29 yaşlı Mirzəyev Xəzər Vurğun oğl

12.08.2026 269
.

Futbolçuları daşıyan avtobusda 86 kilo narkotik tapıldı

Boliviyada Braziliyanın "San-Paulu" futbol klubunun oyunçularını daşımaq üçün nəzərdə tutulan avtobusda 86 kiloqram narkotik maddə aşkarlanıb. xəbər verir ki, hadisə Cənubi Amerika Kubokunun 1/8 final mərhələsində yerli "Bolivar" klubuna qarşı keçiriləcək ilk oyundan əvvəl qeydə alınıb

12.08.2026 182
.

Tək qalmağı sevən və xırda söhbətlərdən qaçan insanların 8 əsas xüsusiyyəti

Bəzi insanlar boş vaxtlarını dostlarla keçirməkdənsə, tək qalmağa üstünlük verir, uzun-uzadı xırda söhbətlərə maraq göstərmir. Bu davranış ilk baxışda sosiallıqdan uzaq olmaq kimi görünsə də, psixoloqlar bunun həmişə mənfi xüsusiyyət olmadığını bildirirlər. Qaynarinfo yourtango-ya istinadən xəbər veri

12.08.2026 116
.

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur "Food city" bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb. Hazırda şikayətçi olduğu şəx

12.08.2026 208
.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12.08.2026 89
.

TOP MP3