"Bizim ordumuz bizim qürurumuzdur" - Emil Əkbərov

"Bizim ordumuz bizim qürurumuzdur" - Emil ƏkbərovBu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəqibsiz bir gücə çevrilən Azərbaycan Ordusu dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırıb".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, bizim ordumuz bizim qürurumuzdur. Bu gün silahlı qüvvələrimizin inkişaf tarixi bütövlükdə Ümummilli Lider Heydər Əliyevin və onun uzaqgörən strateji kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin zəhmətləri hesabınadır:

"Azərbaycanda milli hərbi kadrların hazırlanması prosesi Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən dərhal sonra start götürdü. Sovet rejiminin sərt qadağalarına rəğmən, dahi rəhbər 1971-ci ildə böyük zəhmətlər bahasına respublikamızda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Məhz bu tarixi addım azərbaycanlı gənclərin hərb sənətinə marağını artırdı, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi müəssisələrində güzəştli şərtlərlə təhsil almasını təmin etdi.

90-cı illərin əvvəllərində müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif siyasi qüvvələrə tabe olan başıpozuq silahlı dəstələr torpaqlarımızın işğalına zəmin yaradırdı. 1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə bu pərakəndəliyi ləğv etdi və vahid komandanlığa tabe olan nizami ordu quruculuğuna başladı.

1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandıqdan sonra proses daha da sürətləndi. Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun - Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. Ulu Öndərin 1999-cu ildə Hərbi Akademiyanı təsis etməsi və 2001-ci ildə ixtisaslaşdırılmış hərbi məktəbləri yenidən qurması milli peşəkar kadr korpusunun formalaşmasında keyfiyyətcə yeni mərhələ oldu. Eyni zamanda, 1990-cı illərin ortalarından NATO-nun proqramlarına fəal qoşulma ordumuzun beynəlxalq standartlara uyğun modernləşməsini təmin etdi.

Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi gücümüzü sarsılmaz bir qüdrət səviyyəsinə qaldırdı. Həyata keçirilən effektiv siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu nüfuzlu "Global Fire Power" reytinqində Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşdı".

Emil Əkbərov vurğulayıb ki, bu gün dövlətimizin iqtisadi gücü birbaşa müdafiə qabiliyyətimizin artmasına yönəldilir:

"2025-ci ilin dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdı. 2026-cı ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik xərclərinə rekord həcmdə - 8 milyard 714,8 milyon manat vəsait nəzərdə tutulur. Dövlət büdcəsindən ayrılan bu vəsait həm ən müasir hərbi texnikaların alınmasına həm də hərbçilərin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu günə qədər 4167 hərbi qulluqçu dövlət hesabına mənzillə təmin olunmuşdur. Habelə hərbi qulluqçuların maaşlar durmadan artırılmış və onların sosial müdafiəsi hər zaman dövlətin diqqət mərkəzindədir. Cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti və ordu quruculuğu sahəsində atdığı düşünülmüş müdrik addımlar sayəsində 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun hücum potensialını və strateji üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycan Ordusu bir dənə də olsun fərarilik halı qeydə alınmadan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadət dastanı yazdı. Noyabrın 10-da düşmən kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Ən önəmlisi isə yüksək peşəkarlıq sayəsində 2023-cü il sentyabrın 19-da keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdakı separatçı xunta rejiminin varlığına son qoyuldu, dövlət suverenliyimiz bütövlükdə bərpa edildi. Bu gün ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi taktikalarını dünya hərb tarixində yenilik kimi dərsliklərə salaraq öyrənirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 749   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 247
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 329
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

30.09.2026 220
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 106
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 128
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 164
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 91
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 237
.