Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı

Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldıNASA-nın "Perseverance" marsoxodu Mars süxurlarında mürəkkəb üzvi karbon birləşmələri aşkar edib.

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" nəşrinin yazdığına görə, bu tapıntı Qırmızı planetdə qədim həyat izlərinin axtarışı istiqamətində mühüm nailiyyət hesab olunur.

Tədqiqatçılar bildiriblər ki, karbon tərkibli iri molekullar "Yezero" kraterində toplanmış iki lil daşı nümunəsində müəyyən edilib. Alimlərin fikrincə, həmin bölgədə milyardlarla il əvvəl göl mövcud olub.

Mütəxəssislər bunu kraterdə indiyədək aşkar edilmiş üzvi materialların ən inandırıcı sübutlarından biri adlandırırlar. Məhz bu səbəbdən "NASA" "Perseverance" aparatının eniş yeri kimi "Yezero" kraterini seçmişdi. Alimlər hesab edirdilər ki, burada uzaq keçmişdə yaşayış üçün əlverişli mühitin izləri qorunub saxlanmış ola bilər.

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, yeni kəşf Marsda həyatın mövcudluğunu sübut etmir. Lakin çöküntü süxurlarında mürəkkəb karbon birləşmələrinin aşkarlanması əlavə araşdırmaların vacibliyini daha da gücləndirir.

Planet Elmləri İnstitutundan Eşli Mörfinin rəhbərlik etdiyi alimlər qrupu "Perseverance" aparatında quraşdırılmış "SHERLOC" cihazının topladığı məlumatları təhlil edib. Bu cihaz lazer spektroskopiyası vasitəsilə süxurların kimyəvi tərkibini və minerallarını müəyyənləşdirir.

"SHERLOC" lil süxurlarında üzvi maddələrin ətraflı xəritəsini hazırlayıb və yüksək karbon tərkibi ilə əlaqəli yüzlərlə siqnal qeydə alıb.

Eşli Mörfinin sözlərinə görə, alimlər üçün xüsusi maraq doğuran maddə makromolekulyar karbondur. Yer üzündə buna bənzər birləşmələr çox qədim süxurlarda tez-tez rast gəlinir və qədim mikrob fəaliyyətinin izlərini qoruyub saxlaya bilir.

Tədqiqatçı qeyd edib ki, əgər erkən Mars gənc Yerə bənzər şəraitə malik olubsa, onun qədim süxurlarında da oxşar üzvi birləşmələrin olması gözləniləndir.

Belə maddələrin aşkarlanması Yer kürəsindən kənarda həyatın yaranması üçün lazım olan komponentlərin və şəraitin mövcud olub-olmadığını müəyyən etməyə kömək edir. Marsda karbon tərkibli material qədim "Neretva Vallis" çay yatağı ilə əlaqəli olan "Bright Angel" bölgəsinin lil süxurlarında tapılıb. Vaxtilə bu çay suları məhz "Yezero" kraterinə daşıyırdı.

Yeni tapıntı "Perseverance" aparatının "Cheyava Falls" adlı daşı araşdırmasından bir ildən az müddət sonra əldə olunub. Alimlər həmin nümunəni Marsda toplanmış ən maraqlı süxurlardan biri hesab edirlər.

Çöküntü süxurunun daxilində tədqiqatçılar qeyri-rəsmi olaraq "bəbir ləkələri" adlandırılan qeyri-adi strukturlar aşkar ediblər. Belə formalaşmalar müxtəlif geoloji proseslər nəticəsində yarana bilər.

Onların bir hissəsi son dərəcə yüksək temperatur və ya çox turş mühit tələb edir. Lakin alimlər hesab etmirlər ki, həmin süxurun formalaşdığı ərazidə belə şərait mövcud olub. Eyni zamanda, bu strukturlar bioloji fəaliyyət nəticəsində də yarana bilər ki, bu da nümunəni gələcək araşdırmalar üçün xüsusilə perspektivli edir.

Bu formalaşmaların mənşəyi hələlik məlum olmasa da, bir çox tədqiqatçı "Cheyava Falls" nümunəsini Marsda tapılmış potensial biosiqnatura nümunələri arasında ən güclü namizədlərdən biri hesab edir.

Yaxınlıqdakı süxurlarda böyük həcmdə üzvi karbonun aşkarlanması isə bu regionun elmi əhəmiyyətini daha da artırır.

Kəşf göstərir ki, üzvi birləşmələr qədim Marsın daha geniş ərazilərində yayılmış ola bilər.

Tədqiqatçıların sözlərinə görə, "Perseverance" ilk dəfə olaraq makromolekulyar karbonu Mars süxurunun təbii səthində birbaşa qeydə alıb. Bundan əlavə, bu, "Geyl" kraterindən kənarda yerləşən lil süxurlarında belə karbon növünün ilk aşkarlanmasıdır. Həmin krater hazırda "NASA"nın digər marsoxodu olan "Curiosity" tərəfindən araşdırılır.

"SHERLOC" missiyasının baş tədqiqatçısının müavini Kayl Akert, "NASA"nın Reaktiv Hərəkət Laboratoriyasından verdiyi açıqlamada bildirib ki, bu kəşf milyardlarla il əvvəl Marsda üzvi birləşmələrin geniş yayılmış ola biləcəyini göstərir.

Alimlər gələcəkdə Mars nümunələrini Yerə gətirərək onları laboratoriyalarda ətraflı araşdırmağa ümid edirlər. Belə təhlillər aşkarlanan karbon birləşmələrinin adi geoloji proseslər nəticəsində yaranıb-yaranmadığını və ya onların Mars tarixində daha maraqlı bir səhifənin - mümkün həyatın izlərini daşıyıb-daşımadığını müəyyən etməyə imkan verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30.09.2026 247
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 329
.

Baş məşqçi: Favorit Azərbaycan millisidir

Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun

30.09.2026 220
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

11:21 106
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 128
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

08:46 164
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 228
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 91
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 237
.