Dələduzlar hansı məlumatları ələ keçirməyə çalışır?
"Vətəndaşlar heç bir halda bank kartının məxfi məlumatlarını üçüncü şəxslərlə paylaşmamalıdırlar. Buraya kartın nömrəsi, son istifadə tarixi, CVV/CVC kodu, eləcə də bank tərəfindən göndərilən birdəfəlik SMS və ya təsdiq kodları daxildir. Unutmayın ki, özünü bank əməkdaşı, polis, dövlət qurumu və ya kredit təşkilatının nümayəndəsi kimi təqdim edən şəxslər belə bu məlumatları tələb etmək hüququna malik deyil".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, dələduzlar adətən vətəndaşları aldatmaq üçün müxtəlif üsullardan istifadə edirlər. "Faizsiz kredit veririk", "Dövlət proqramından yararlana bilərsiniz", "Kart məlumatlarınızı yoxlamalıyıq" və ya "Hesabınıza pul köçürəcəyik" kimi vədlər ən çox rast gəlinən fırıldaq üsullarındandır. Əgər qarşı tərəf sizdən kartın məxfi məlumatlarını tələb edirsə, bu, böyük ehtimalla dələduzluq cəhdidir. Çünki hesabınıza vəsait köçürmək üçün yalnız kart nömrəsinin bilinməsi kifayətdir:
"Mütəxəssislər vətəndaşlara aşağıdakı təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edirlər:
Kart üzrə gündəlik əməliyyat limitləri təyin edin, alış-veriş və köçürmə limitlərini ehtiyacdan artıq yüksək saxlamayın.
Onlayn ödəniş funksiyasını yalnız istifadə zamanı aktiv edin, əməliyyatdan sonra yenidən deaktiv edin.
SMS və mobil tətbiq bildirişlərini aktiv saxlayın ki, hesabınızdakı hərəkətlərdən dərhal xəbərdar olasınız.
WhatsApp, SMS, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın.
Mümkünsə, gündəlik istifadə və onlayn ödənişlər üçün ayrıca kartdan istifadə edin. Əsas vəsaitlərinizi saxladığınız kartı internet əməliyyatlarından uzaq tutmaq daha təhlükəsizdir.
Əgər kart məlumatlarınızı bilmədən kiməsə vermisinizsə və ya hesabınızla bağlı hər hansı şübhəli hal müşahidə etmisinizsə, dərhal bankla əlaqə saxlayaraq kartın bloklanmasını tələb edin, kartı yenisi ilə əvəz edin və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edin. Belə hallarda vaxtında reaksiya vermək mümkün maliyyə itkilərinin qarşısını ala bilər.
Unutmayın, tanımadığınız şəxslərin təklif etdiyi "asan qazanc", "faizsiz kredit" və ya "xüsusi kampaniya" vədlərinə ehtiyatla yanaşmaq lazımdır. Maliyyə təhlükəsizliyinin qorunmasının ən etibarlı yolu şəxsi və bank məlumatlarını məxfi saxlamaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 559 Tarix: 25 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRöya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
12:36 0 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 118 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 155 Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar
10:23 111 Müstəqilliyə gedən yol
1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl
08:52 151 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 99 Ölkənin inkişaf tarixində yeni səhifə
"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara
11:55 121 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
12:01 58 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)
Bakıda 5 və 9 mərtəbəli binalarda mənzillərin qiyməti arasında fərq artmaqda davam edir. Statistik məlumatlara əsasən, 9 mərtəbəli binalarda mənzillərin həm ümumi, həm də hər kvadratmetr üzrə orta satış qiyməti 5 mərtəbəli binalarla müqayisədə daha yüksəkdir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasınd
30.09.2026 272