Bakıda modelin ev almaq üçün topladığı pulu BİBİSİ OĞURLADI
Bakıda modelin ev almaq üçün yığdığı pul oğurlanıb.
BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
İttiham aktına görə, 42 yaşlı Xatirə İsayeva (adı və soyadı şərtidir) model olan qardaşı qızı Samirənin (şərti adla) pulları çarpayının döşəyinin altında gizlətdiyini görüb. Gecə saat 1 radələrində sərxoş halda həmin pulların yeri yadına düşüb və oğurluq etmək qərarına gəlib. Beləliklə Xatirə Samirənin yığdığı pullardan 4 500 manatı götürüb və hissə-hissə xərcləyib. Samirə oğurluğu biləndə, pulların yerini yalnız bibisinin bildiyini düşünüb və ondan şübhələnib.
Faktla bağlı Xatirə İsayeva saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə Türkiyədə ərindən boşanaraq, Bakıya gəlib. Nəsimi rayonunda xalası ilə bir evdə qalıb. Qardaşı qızı Samirə də qonşuluqda qalırmış. Bir gün Samirənin 20 min manat pulu yatdığı çarpayının döşəyinin altına qoyduğunu görüb və maddi vəziyyəti çətin olduğu üçün məlum oğurluğu törətmək qərarına gəlib.
Xatirə İsayeva əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib.
Modellik fəaliyyəti göstərən zərərçəkən Samirə İsayeva həmin pulları ev almaq üçün yığdığını bildirib. Onun sözlərinə görə, atasından qalma torpağı da sataraq pulun üstünü düzəldib. Samirə bildirib ki, bibisi əvvəlcə günahı boynuna almayıb, hətta özü Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vuraraq, məlumat verib. Lakin sonradan hər şeyi boynuna alıb.
S.İsayeva bibisinə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Xatirə İsayeva 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 230 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 402 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 181 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 188 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 251 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 238 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 201 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 214 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
20:15 131