Tramp Meloni ilə münasibətləri bərpa etmək niyyətində olmadığını açıqlayıb

Tramp Meloni ilə münasibətləri bərpa etmək niyyətində olmadığını açıqlayıbABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, İtaliyanın Baş naziri Yaxın Şərqdəki münaqişədə iştirak etməyərək onun bitməsini gözləməyə çalışıb. Eyni zamanda Tramp iddia edir ki, Meloninin İtaliya vətəndaşları arasında bəyənilmə reytinqi ilə bağlı problemləri var.

"İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti zamanı təkrar-təkrar mənimlə şəkil çəkdirməyi xahiş edirdi. Onun İtaliyada populyarlıq göstəriciləri pisdir, bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya hazırlamasının qarşısının alınması məsələsində ABŞ-yə rədd cavabı verdi. (Yeri gəlmişkən, eyni şeyi NATO da etdi)", - D.Tramp qeyd edib.

ABŞ lideri vurğulayıb ki, İtaliyanın Baş naziri həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib, bu isə "ciddi logistik narahatlıqlar" yaradıb.

D.Tramp ABŞ-nin İtaliyanın və NATO üzrə digər müttəfiqlərin müdafiəsinə milyardlarla dollar xərcləməsindən gileylənib.

"İndi, Birləşmiş Ştatlar İrana hərbi məğlubiyyət yaşatdıqdan sonra, o, öz reytinqlərini artırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkür edirəm!", - o qeyd edib.

Xatırladaq ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani ABŞ-yə iyunun 21-22-nə planlaşdırılan səfərinin ləğv olunduğunu bildirmişdi. Buna səbəb D.Trampın C.Meloni barədə bəyanatları olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 475   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur"

"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam". "Qafqazinfo" xəbər veri

22.09.2026 205
.

Ruslan Şıxıyev: "Biz həm torpaqlarımızı, həm də milli qürurumuzu qaytarmalı idik"

"Bizim məqsədimiz müharibədə təkcə torpaqları geri qaytarmaq deyildi. Biz həm də işğal illərində doğma yurdlarından didərgin düşmüş insanların haqqını, ləyaqətini və gələcəyə olan inamını bərpa etmək istəyirdik. Biz düşmən əlinə keçməsin deyə qayalardan atılan ana və bacılarımızın qeyrətini, namusunu

22.09.2026 207
.

PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"

Göz sağlamlığı insan həyatında mühüm rol oynayır. Uzun müddət telefon və kompyuter ekranına baxmaq, düzgün qidalanmamaq, yuxu rejiminə əməl etməmək və mütəmadi göz müayinəsindən keçməmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bəs gözlərimizi qorumaq üçün nələrə diqqət etməliyik və hansı hallard

22.09.2026 224
.

Tramp ABŞ-də döyüş sursatı istehsalının artırıldığını bəyan edib

ABŞ əhəmiyyətli dərəcədə sursat ehtiyatlarına malikdir və onların istehsalını artırır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib. "Qorxaqlar və xainlər Birləşmiş Ştatların sursatının tükəndiyini deməyi sevirlər

22.09.2026 227
.

Məktəbli forması sadəcə geyim deyil: Dövlətçilik mədəniyyəti necə formalaşır?

"Yeni tədris ilinin ilk günlərində məktəblərin qarşısında diqqəti çəkən mənzərələrdən biri məktəbli formasıdır. Eyni məktəbin şagirdləri vahid geyimdə dərsə gəlir, məktəbin həyətində, küçədə və tədbirlərdə bir kollektivin üzvləri kimi görünürlər. İlk baxışda bu, sadəcə geyim məsələsi təsiri bağışlay

22.09.2026 207
.

Sabah hava necə olacaq?

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayi

22.09.2026 194
.

"Rabitəbank" tələbləri pozdu - AMB sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verib. "Qafqazinfo" AMB-yə istinadən xəbər verir ki, bank "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanmas

22.09.2026 304
.

Nə otel var, nə kafe - bu adaya turistlər donuzlara görə gəlirlər

Yunanıstanın kiçik Atokos adasında nə otel, nə də kafe var. Buna baxmayaraq, ada turistlərin diqqətini çəkir. Səbəb isə çimərlikdə sərbəst gəzən və istirahətçilərlə birlikdə dənizdə üzən qara donuzlardır. xarici mediaya istinadla xəbər verir ki, İon dənizində yerləşən Atokos İtaka, Lefkada və Kefaloniy

22.09.2026 291
.

İsraildən Ərdoğana "xəbərdarlıq": Bir israilli əsgər...

Mən buradan HƏMAS terror təşkilatını və onun tərəfdarlarını - İrandan Ərdoğana qədər - xəbərdar edirəm. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz deyib. "Əgər hətta bir israilli əsgər və ya mülki şəxs qaçırılarsa, Qəzza şəhəri, oradakı evlər və "terror qüllələri" ilə birlikd

22.09.2026 292
.