Məktəblərdə sosial media istifadəsi nəzarət altına alınır - PSİXOLOQDAN AÇIQLAMA
Azərbaycanda bəzi orta məktəblərdə şagirdlərin dərs zamanı sosial şəbəkələrdən, xüsusilə də "TikTok" platformasından istifadəsinə məhdudiyyətlərin tətbiqi yenidən müzakirələrə səbəb olub. Məktəb mühitində diqqət dağınıqlığı, kibertəzyiq, təhlükəli çağırışlar və şagird davranışlarında yaranan neqativ dəyişikliklər fonunda bu addımın nə dərəcədə effektiv olacağı maraq doğurur.
Bəs "TikTok"a qoyulan qadağa məktəblərdə neqativ halların azalmasına səbəb ola bilərmi? Problem təkcə platformada deyil, sosial şəbəkələrdən istifadə mədəniyyətində və valideyn nəzarətində də axtarılır.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə sosial şəbəkənin təsiri istifadə müddətindən, izlənilən məzmundan və şəxsi xüsusiyyətlərdən asılıdır. Ələlxüsus valideyn nəzarətsizliyi və telefondan istifadə tərbiyəsinin olmamasından qaynaqlanır. Onun sözlərinə görə, yalnız yeniyetmələrə deyil, azyaşlı körpə uşaqlara da, psixoloji təsirləri yan keçmir: "Yeniyetmələr arasında əsasən kiberzorakılıq halları yayqındır. Belə ki, şərhlər və mesajlar vasitəsilə təhqir və ya təzyiq halları yaşanılır. Alqoritm bəzən yaşa uyğun olmayan və ya yanlış məlumatlar yayan videolar göstərə bilir və uyğunsuz məzmun yeniyetməni uyğun olmayan davranışlara tətikləyə bilər. Digər səbəblərdən; başqaları ilə davamlı müqayisə bəzi yeniyetmələrdə özünəinamın azalmasına, narahatlığa və ya əhvalın pisləşməsinə səbəb ola bilər. Bu pozuntu da ən yayqın davranışlardan biridir. Eləcə də yuxu pozuntuları, diqqət problemləri, vaxt itkisi yeniyetmənin sağlam inkişafını çətinləşdirə bilər.
Hər bir insanın şüuraltı kölgə tərəfləri var. Həyat boyu o kölgə tərəfləri tətikləyən hadisələr baş verə bilir. Sosial şəbəkələrin təsiri isə bu prosesin daha rahat və daha tez baş verməsinə şərait yarada bilər. İnsan daim başqalarının həyatını, uğurlarını və görünüşünü izlədikdə qısqanclıq, özünəinamın azalması, təsdiq olunmaq ehtiyacı və ya diqqət mərkəzində olmaq arzusu kimi hisslər güclənə bilər. Bundan da əlavə, alqoritmlər istifadəçinin maraq göstərdiyi məzmunu daha çox təqdim etdiyinə görə müəyyən düşüncə və emosiyalar təkrar-təkrar qidalanır. Nəticədə insanın normal şəraitdə zəif görünən tərəfləri, qorxuları və ya mənfi meylləri daha aydın şəkildə üzə çıxa bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 545 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş
15:10 126 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 231 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 238 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 200 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
18:50 167 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 277 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
23:00 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 158 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 188