Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balı

Tibb Universitetinə qəbul olmaq asanlaşır? - Bu ilin gözlənilən keçid balıÖtən həftə ən prestijli ixtisasların cəmləşdiyi I və IV ixtisas qrupları üzrə blok imtahanı keçirildi. Hər il ən az bir nəfərin 600-dən çox bal toplamasına baxmayaraq istədiyi ixtisasa daxil ola bilmədiyi üçün növbəti il yenidən hazırlaşdığı bu qrupların imtahanında bu il imtahanda "suallar çətin idi" kimi fikirlər səslənmədi. Görünən odur ki, imtahanda istifadə olunan tapşırıqlar abituriyentlərin gözləntiləri səviyyəsində olub.

Bəs görəsən, bu amil ballara təsir edəcəkmi? Ümumiyyətlə, IV ixtisas qrupunun ən yüksək ballı ixtisaslarından olan tibbdə bu il ballar enəcək, yoxsa qalxacaq?

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a bildirib ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər:v

"I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər arasında apardığımız sorğuya əsasən onu deyə bilərəm ki, imtahan normal keçib. Yalnız bəzi abituriyentlər I qrupda riyaziyyat və qismən informatikadan, IV qrupda isə əsasən, fizika fənnində bir qədər çətinlik olduğunu dilə gətirdilər. Ümumilikdə isə, yaxşı nəticələr əldə edə abituriyentlər çoxdur.

Ancaq ötənilki buraxılış və blok imtahanı göstəricilərinin ümumi mənzərəsinə baxanda, bu il toplanan balların bir qədər aşağı olduğunu görürük. Lakin bununla belə, ikinci cəhd blok imtahanından sonra da I və IV ixtisas qruplarının prestijli ixtisaslarında keçid ballarının enəcəyini düşünmürəm. Çünki hər zaman növbəti cəhddə abituriyentlər daha yüksək bal toplayırlar. Əlbəttə, bu da keçid ballarına təsir edir.

Ümumi gözləntimiz ondan ibarətdir ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər. Məsələn, ötən il 626 balla Tibb Universitetinə daxil olanlar bu il 605-610 bal aralığında həmin fakültəyə qəbul ola bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

15:10 126
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 231
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 238
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 200
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 167
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 277
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

23:00 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 158
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.