Tut yarpağı görün nələrə DƏRMAN İMİŞ -AÇIQLANDI
Tut yarpağı və tut meyvəsi xalq təbabətində geniş istifadə olunan təbii vasitələrdən biridir.
Bu barədə Oxu24.com-a açıqlama verən apiterapist və xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd bildirib ki, tut bitkisinin həm yarpağı, həm də meyvəsi orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir.
Mütəxəssisin sözlərinə görə, tut yarpağı xüsusilə qaraciyər funksiyalarının dəstəklənməsində, sidikqovucu təsirin gücləndirilməsində və ümumi maddələr mübadiləsinin yaxşılaşdırılmasında istifadə oluna bilər. O qeyd edib ki, təbii bitki tərkibli vasitələr orqanizmin ümumi balansına müsbət təsir göstərə bilir və düzgün istifadə edildikdə bədənin təmizlənmə proseslərini dəstəkləyir.
Seyfəddin Əsəd bildirib ki, xalq təbabətində tut yarpağının başqa bir istifadə forması da mövcuddur. Belə ki, bəzi bölgələrdə tut yarpaqları toplanaraq xüsusi çəlləklərdə fermentasiya edilir və bu proses nəticəsində yaranan qarışımdan revmatizm və oynaq ağrılarından əziyyət çəkən insanlar üçün istifadə olunur. Mütəxəssisin sözlərinə görə, bu üsul ənənəvi xalq müalicəsi kimi uzun illərdir tətbiq edilir və bəzi pasiyentlərdə müsbət təsirlər müşahidə olunduğu bildirilir.
Apiterapist qeyd edib ki, təkcə tut yarpağı deyil, tut meyvəsi də orqanizm üçün faydalıdır. Tut meyvəsinin tərkibində olan təbii maddələr immun sisteminin dəstəklənməsinə, orqanizmin enerji balansının qorunmasına və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər.
Mütəxəssis həmçinin vurğulayıb ki, tut bitkisinin bəzi məhsulları ənənəvi olaraq müxtəlif içkilərin hazırlanmasında da istifadə olunur. Xalq arasında onun fermentasiya olunmuş formalarından istifadə edilməsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur və bu da bitkinin geniş tətbiq sahəsinə malik olduğunu göstərir.
Lakin Seyfəddin Əsəd xüsusi olaraq qeyd edib ki, xalq təbabəti üsulları heç vaxt peşəkar tibbi müalicəni əvəz etməməlidir. Xroniki və ciddi xəstəliklər zamanı mütləq həkimə müraciət olunmalı, təbii vasitələr isə yalnız dəstəkləyici məqsədlə istifadə edilməlidir.
Onun sözlərinə görə, düzgün yanaşma ilə təbii bitkilər orqanizmin ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərə bilər, lakin hər bir halda doza və istifadə qaydalarına diqqət yetirilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 601 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 217 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 215 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 187 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 244 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 154 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 128 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 198 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 112 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 87