Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb

Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıbABŞ Kosmik Qüvvələri və "SpaceX" şirkəti hava hədəflərinin kosmosdan aşkarlanması və müşayiət edilməsi üçün nəzərdə tutulan orbital aparatlar qrupunun yerləşdirilməsinə dair 4,16 milyard dollar dəyərində müqavilə imzalayıb.

"Report"un məlumatına görə, bu barədə Kosmik Qüvvələrin mətbuat xidmətindən bildirilib.

"SpaceX"in gələcək peyk qrupu ABŞ Kosmik Qüvvələrinin Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin iştirakı ilə həyata keçirdiyi "Kosmik Bazalı Hava Hərəkətli Hədəf Göstəricisi" proqramı çərçivəsində yaradılır.

Komandanlığın bəyanatına görə, kosmik aparatlar mövcud hava müşahidə vasitələrinə əlavə olacaq. Onlara indiyədək yerüstü radiolokasiya stansiyaları və uzaq məsafədən radiolokasiya aşkarlama təyyarələri tərəfindən yerinə yetirilən funksiyalar həvalə edilir.

Müqavilənin şərtlərinə əsasən, "SpaceX" peyk qrupunu 2028-ci ilədək yerləşdirməlidir. Kosmik Qüvvələrinin komandanlığı qrupa daxil olacaq aparatların dəqiq sayını açıqlamayıb.

Peyklərin həmçinin "Qızıl günbəz" raket əleyhinə müdafiə sisteminin yaradılması proqramı kontekstində raket buraxılışlarının izlənilməsi üçün istifadə olunacağı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 440   Tarix: 31 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp "sursat çatışmazlığı" iddialarına cavab verdi

ABŞ Prezidenti Donald Tramp ölkədə böyük həcmdə sursat ehtiyatının olduğunu bildirib. xəbər verir ki, Tramp bu barədə Vaşinqtonun silah çatışmazlığı ilə bağlı iddialar fonunda Truth Social sosial media platformasında paylaşım edib. "ABŞ-da, xüsusilə bəzi sursat növləri üzrə kifayət qədər böyük ehtiya

12:19 177
.

Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir

"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır". Bunu BİG.AZ-a açıqlamasınd

13:38 161
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

16:43 186
.

Əmlak bazarında qiymətlər niyə ucuzlaşmır? Ekspertdən təhlil

"Əmlak bazarında rəqabətin zəifləməsinin əsas səbəblərindən biri mənzil təklifinin tələblə eyni tempdə artmamasıdır. Son illərdə tikinti materiallarının bahalaşması, torpaq qiymətlərinin yüksəlməsi, şəhərsalma tələblərinin sərtləşdirilməsi və yeni layihələrin icrasında yaranan məhdudiyyətlər bazard

14:12 162
.

Aydan Axundovadan sevgi paylaşımı

Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb. "Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxo

12:15 242
.

"Paxıllar, saxta profillə pis rəy yazanlar, aqressivliyiniz üzünüzə vurub"

Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:. "Məni izləmək məcburiyyətində deyilsiniz

10:23 193
.

Polşada Zelenski ilə bağlı mükafat mübahisəsi gündəmdə

Polşa Baş naziri Donald Tusk Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı dövlət mükafatı məsələsində qərar verməyə çağırılıb. xəbər verir ki, Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boqutski bu barədə X sosial şəbəkəsində paylaşım edib. Boqutski bildirib ki, Donald Tusk vəzifə borcun

11:32 174
.

Məşhur müğənni Rusiyaya qarşı döyüşməyə hazırdır

Latviyalı müğənni Layma Vaykule Rusiya ilə Latviya arasında mümkün hərbi münaqişə baş verəcəyi təqdirdə silaha sarılmağa hazır olduğunu bildirib. xarici mediaya istinadla xəbər verir ki, müsahibə zamanı jurnalistlər Vaykuledən "Rusiya Latviyaya hücum etsə, nə edərdiniz?" sualını ünvanlayıblar

18:45 48
.

Rusiyalı yazıçı qonaq olduğu ölkədə həbs edildi

Rusiyalı tarixçi və yazıçı Artem Kirpiçenokun İsraildə həbs edildiyi iddia olunur. xəbər verir ki, bu barədə publisist və Rusiya Dövlət Dumasının sabiq deputatı Darya Mitina Telegram kanalında paylaşım edib. "Təəssüf ki, ən böyük qorxularımız təsdiqləndi. Artem İvanoviç Kirpiçenok həbsdədir və İsraili

11:49 192
.

TOP MP3