Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - Üstündən 3 bıçaq çıxdı
Gimnastika məşqçisi N.Kərimova paytaxtın Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalıb.
"Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Gənc qadın bildirib ki, hadisə mayın 22-si günorta saatlarında "Dəniz Mall"ın yaxınlığında baş verib: "Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım".
Ona kömək edən şəxsə minnətdarlıq edən N.Kərimova hadisə ilə bağlı polisə məlumat verdiyini əlavə edib.
Əldə etdiyimiz məlumata görə, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Belə ki, daxil olan məlumata görə, Səbail rayonu Dənizkənarı bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 222 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp: "ABŞ İranla razılaşmaq üçün tələsmir"
Donald Trampın İranla razılaşmanın təfərrüatlarını tezliklə açıqlayacağını söyləməsindən bir gün sonra prezident nümayəndələrinə "tələsməməyi" və "vaxtın bizim tərəfimizdə olduğunu" söylədiyini qeyd etdi. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Donald Tramp həmçinin qeyd edib ki, razılaşm
10:50 113 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Mayın 25-də İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək
24.05.2026 496 "Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər
ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Tulsi Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Qabbar
24.05.2026 189 Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. -ın məlumatına görə, erməni baş nazir bu barədə "Facebook" səhifəsində yazıb. "Axalkalaki-Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxa
24.05.2026 174 İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıb
İran ilə ABŞ arasında bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, Ağ Evin İslam Respublikasına aid aktivlərinin sərbəst buraxılması ilə bağlı öhdəliyi, Hörmüz boğazı məsələsi və s. mövzularda hələ də ciddi fikir ayrılıqları mövcuddur. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliy
24.05.2026 181 Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb
Türkiyənin Hatay vilayətində baş verən sel, torpaq sürüşməsi və uçqunlar nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Samandağ rayonunda itkin düşdüyü ehtimal edilən bir nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz dava
24.05.2026 179 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək
"Cəbrayıl rayonu ərazisində yaradılan "Ağıllı Tingçilik Mərkəzi" regionda meşə bərpasına mühüm töhfə verəcək. Layihə çərçivəsində il ərzində 2 milyon ədədə qədər ağac tinginin yetişdirilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılo
24.05.2026 182 ABŞ İran neftinə qarşı sanksiyaları ləğv edə bilər
ABŞ-ın İran neftinə qarşı tətbiq etdiyi sanksiyaların Tehranla aparılan danışıqlar müddətində ləğv ediləcəyi bildirilir. xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb. Məlumata görə, məsələ İranla bağlı hazırlanmış anlaşma memorandumunun layihəsində əks olunub. Agentlik qeyd edib ki
11:26 90 Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri
24.05.2026 210