Türkiyədə siyasi savaş dərinləşir: CHP-də kritik mərhələ

Türkiyədə siyasi savaş dərinləşir: CHP-də kritik mərhələTürkiyə siyasətində gərginlik davam edir. Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələri ləğv edildikdən sonra Kamal Kılıçdaroğlu yenidən rəsmi şəkildə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb. Məhkəmənin müvafiq qərarı artıq ona təqdim olunub.

Lakin Özgür Özəl də geri çəkilmək niyyətində deyil və özünü partiya sədri elan edib. Beləliklə, bir tərəfdə məhkəmə qərarı ilə rəhbərliyə qaytarılan Kılıçdaroğlu, digər tərəfdə isə "mübarizə bitməyib" mesajı verən Özəl dayanır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində Türkiyə siyasi tarixində bu cür böhranlar dəfələrlə yaşanıb. Hətta demək olar ki, partiyadaxili qarşıdurmalar, parçalanmalar və məhkəmə müdaxilələri Türkiyə siyasətinin ən xarakterik xüsusiyyətlərindən biridir. Bu baxımdan CHP-də baş verənlər tamamilə yeni hadisə sayılmır:

"Türkiyə siyasi tarixinin ən məşhur parçalanmalarından biri 1970-ci illərdə Nəcməddin Ərbakan hərəkatında yaşanıb. Həmin dövrdə sağ-sol qarşıdurmaları, küçə toqquşmaları, iqtisadi böhran və hərbi çevriliş təhlükəsi ölkədə ciddi siyasi gərginlik yaratmışdı. Məhz belə bir atmosferdə Ərbakan "Milli Görüş" ideoloji xəttini formalaşdırmağa başladı.

O, əvvəlcə Milli Nizam Partiyasını yaratdı. Partiya daha çox dini-mühafizəkar elektorata xitab edir və fərqli siyasi ritorikadan istifadə edirdi. Lakin Türkiyə ordusu və dövlətin dünyəvi qanadı bu yüksəlişdən ciddi narahatlıq keçirirdi. Nəticədə partiya 1971-ci ildə bağlandı.

Bundan sonra Ərbakan siyasətdən çəkilmədi və Milli Səlamət Partiyasını qurdu. Partiya qısa müddətdə güclənərək hökumət ortağına çevrildi, hətta müəyyən dövrdə CHP ilə koalisiya da qurdu.

1980-ci il hərbi çevrilişindən sonra isə Ərbakanın siyasi xətti yenidən qadağalarla üzləşdi. 1990-cı illərdə artıq hərəkat daxilində ciddi fikir ayrılığı yaranmağa başladı. Ərbakan ənənəvi "Milli Görüş" siyasətini davam etdirmək istəyirdi. Gənc siyasətçilər isə Türkiyənin dəyişdiyini və daha modern, praqmatik siyasətə ehtiyac olduğunu düşünürdülər. Bu gənc siyasətçilərin önündə Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül dayanırdı.

Nəticədə böyük parçalanma baş verdi. Ərbakanın siyasi xəttini davam etdirənlər başqa istiqamətə yönəldi, Ərdoğan və komandası isə 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) qurdu.

Göründüyü kimi, Türkiyədə partiyadaxili qarşıdurmalar bəzən partiyaların zəifləməsinə, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi qüvvələrin yaranmasına səbəb olur. CHP-də baş verən böhranın diqqətlə izlənməsinin əsas səbəbi də məhz budur.

Lakin prosesin problemli tərəfi ondan ibarətdir ki, CHP daxilində köhnə ilə yeni arasında mübarizə gedir. Kılıçdaroğlu nə gənc siyasətçidir, nə də dəyişiklik vədi verir. Əksinə, o, jurnalistlərə açıqlamasında "CHP-ni təsis prinsiplərinə qaytaracağıq" mesajını verib.

Digər tərəfdən, CHP-dəki böhran ən çox AKP-nin xeyrinə işləyir. Uzun illərdir alternativsiz olduğunu vurğulayan hakim partiyanın bu vəziyyətdən seçki kampaniyalarında istifadə edəcəyi gözlənilir. Hətta istisna deyil ki, Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə gətirilməsi dolayısı ilə Ərdoğan komandasının maraqlarına uyğun olsun.

Çünki Ərdoğan bu cür siyasi proseslərdən keçmiş təcrübəli siyasətçidir və siyasi oyunun qaydalarını yaxşı bilir. Kılıçdaroğlunun siyasi potensialı artıq məlumdur. Özgür Özəl isə yeni sima və yeni nəfəs kimi qiymətləndirilir. Bu səbəbdən onun hakimiyyət üçün daha ciddi siyasi rəqib hesab olunduğu düşünülür.

Ehtimal olunur ki, Özgür Özəl və tərəfdarları partiyanı asanlıqla Kılıçdaroğluna təhvil verməyəcək və mübarizə davam edəcək. Əgər bu qarşıdurma nəticəsiz qalarsa, CHP-də parçalanma ehtimalı da arta bilər.

Parçalanmış CHP isə Özgür Özəl üçün də ciddi problem yarada bilər. Çünki AKP bundan seçkilərdə effektiv şəkildə istifadə edəcək. Üstəlik, mühafizəkar meyllərin gücləndiyi Türkiyədə parçalanmış CHP və zəifləyən müxalifətin nə dərəcədə effektiv olacağı böyük sual doğurur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

14.11.2026 303
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 231
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 174
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 128
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

14.11.2026 215
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 87
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 188
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 214
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq. Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq. 19:15 14-11-2026 CƏMİYYƏT. Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrün

01:14 0
.