İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıb

İran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıbİran ilə ABŞ arasında bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, Ağ Evin İslam Respublikasına aid aktivlərinin sərbəst buraxılması ilə bağlı öhdəliyi, Hörmüz boğazı məsələsi və s. mövzularda hələ də ciddi fikir ayrılıqları mövcuddur.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"İranın dondurulmuş aktivlərinin əhəmiyyətli hissəsi elə birinci mərhələdə sərbəst buraxılmalıdır, qalan vəsaitlərin sərbəst buraxılması prosesi isə tamamilə şəffaf və real olmalıdır", - İranın tələblərindən biri budur.

Qeyd olunub ki, mövcud fikir ayrılıqları həll olunarsa, birinci mərhələdə Anlaşma Memorandumu elan ediləcək: "Daha sonra isə nüvə məsələsi üzrə danışıqlar üçün (İranın əvvəlcədən öhdəlikləri olmadan) 30 və ya 60 günlük müddət müəyyən ediləcək.

İran müharibənin başa çatması və nüvə proqramı məsələlərinin bir-birindən ayrılmasının zəruriliyində israr edir; İranın məqbul hesab etdiyi şərtlərlə müharibənin başa çatması barədə razılaşma əldə olunana qədər nüvə məsələsi müzakirə edilməyəcək. Lakin amerikalılar özlərinin əvvəlki sənədlərində təkid edirdilər ki, İran artıq birinci mərhələdə nüvə məsələsi ilə bağlı güzəştlərə getməlidir. Tələblərdə nüvə obyektlərinin bağlanması və zənginləşdirilmiş materialların amerikalılara təhvil verilməsi məsələsi yer alır, lakin İran hazırkı mərhələdə nüvə proqramının detallarını müzakirə etməkdən imtina edir"

Bununla yanaşı, İranın Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin və təhdidlərin sona çatmasının zəruriliyini vurğuladığı bildirilir. "Bu mövqe Amerika tərəfindən qəbul edilməlidir", məlumatda qabardılıb.

Əlavə olunub ki, ABŞ silahlı qüvvələri İranın sərhəd zonasından çıxarılmalıdır:

"Təzminat və zərərin ödənilməsi məsələsi İranın irəli sürdüyü, lakin amerikalıların bəzi sənədlərində qəbul etməkdən imtina etdiyi daha bir bənddir".

Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 582   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 152
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 104
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 93
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 138
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 300
.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

14.11.2026 142
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 153
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 191
.