Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır, 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır:
"İnsan yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan, 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibbi müayinədən keçməsi vacib hesab olunmalıdır".
Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa və avtomobili təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir:
"70 yaşdan sonra tibbi nəzarətin daha sıx şəkildə aparılması daha məqsədəuyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibbi müayinədən keçilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".
A.Badamov vurğulayıb ki, görmə və eşitmə qabiliyyətində ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər:
"Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatına görə məsuliyyət daşımır. O, həm avtomobildə olan sərnişinlərin, həm digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə də sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalı və onun avtomobili təhlükəsiz idarə edə bilməsi əsas meyar olmalıdır".
Deputat əlavə edib ki, belə qaydalar yaşlı insanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirilməməlidir:
"Əsas məqsəd insanların hüquqlarını məhdudlaşdırmaq deyil, yollarda təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 599 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 152 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 104 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 199 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 93 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 138 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 300 Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş
14.11.2026 142 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 153 Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 191