Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən, "NNS Klinika" MMC-yə məxsus özəl tibb müəssisəsində apardığı plandankənar yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlayıb. Bununla əlaqədar olaraq, müəssisənin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırıldı. Həmçinin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də rəsmi müraciət ünvanlandı.

Bu məlumatı oxuyan hər kəs ilk baxışda dövlət qurumunun vətəndaşların sağlamlığının keşiyində dayandığını düşünə və belə prinsipial mövqeyi alqışlaya bilər. Lakin məsələni daha dərindən araşdırdıqda məlum olur ki, AEM-in bu prinsipiallığı bütün özəl tibb müəssisələrinə münasibətdə eyni şəkildə tətbiq edilmir.

Buna misal olaraq "Laser Beauty Clinic"in "28 May" filialını göstərmək olar. Uzun illərdir həmin klinikada müvafiq tibbi ixtisas təhsili olmayan Nigar Rüfət adlı şəxs kosmetoloq kimi fəaliyyət göstərir və pasiyentlərə müxtəlif kosmetoloji prosedurlar tətbiq edir.

Qeyd edək ki, hələ bu ilin yanvar ayında Analitik Ekspertiza Mərkəzi Qaynarinfo-nun sorğusuna cavab olaraq Nigar Rüfətin Tibbi Kadrların Vahid Məlumat Reyestrində olmadığını təsdiqləmişdi.

"Səhiyyə Nazirliyinin Tibbi Kadrların Vahid Məlumat Reyestrində Nigar Rüfətin adı yoxdur. Vətəndaş estetik (plastik) əməliyyat etdirməzdən əvvəl seçdiyi həkimin bu sahə üzrə praktik tibb fəaliyyətinə icazəsinin olub-olmadığını Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi siyahı vasitəsilə yoxlaya bilər".

Bundan təxminən bir ay sonra - fevralın 20-də isə Analitik Ekspertiza Mərkəzi bu filialda apardığı yoxlama zamanı Nigar Rüfətin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi çalışdığını bir daha rəsmi şəkildə açıqlayıb.

Buna baxmayaraq, daha əvvəl də qanunsuz fəaliyyəti ilə bağlı adı hallanan bu şəxs fəaliyyətini heç bir maneə olmadan davam etdirir. Nigar Rüfət "Bynikol" adlı "Instagram" hesabında sözügedən ünvanda həyata keçirdiyi kosmetoloji prosedurlardan görüntülər paylaşır, müxtəlif endirim kampaniyaları elan edir və müştəri qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.

"Kosmetoloq"un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun "Laser Beauty Clinic"in "28 May" filialında fəaliyyət göstərdiyini təsdiqlədi və kampaniya ilə bağlı ətraflı məlumat verdi.

Bu vəziyyət haqlı olaraq bir sıra suallar doğurur: Analitik Ekspertiza Mərkəzi nəyi gözləyir? Qanunsuz fəaliyyət göstərən bir şəxsin pasiyentlərdən birinə ciddi zərər vurmasınımı? Niyə digər klinikalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edən dövlət qurumu bu halda eyni prinsipial mövqe nümayiş etdirmir?

İstər-istəməz belə bir ehtimal yaranır ki, bəlkə də Nigar Rüfəti Səhiyyə Nazirliyində himayə edən müəyyən şəxslər var.

Qurumun az qala dövlət sirri kimi qoruduğu bu yoxlamanın nəticəsini isə məhkəmə instansiyası açıqlayıb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, "LBC" MMC-yə məxsus filialda yoxlama zamanı şəhadətnaməsi olmadan kosmetoloji iş üzrə praktik fəaliyyət aşkarlanıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddənin tələblərini pozan Rəna Soltanovanın şirkəti 6000 manat cərimələnib.

Qeyd edək ki, 2025-ci ildə Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında da nöqsanlar aşkar edilmişdi. Bu səbəbdən bu filialın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdu.

İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic"in Yasamal filial üzrə lisenziya əlavəsinin keçərliliyini müddətli dayandırmışdı.

Göründüyü kimi adı çəkilən klinikanın adı illərdir eyni mövzuda hallarda hallanır, amma hələ də fəaliyyətini davam etdirir. Elə isə sual yaranır, aidiyyatı qurumlar nəyi gözləyir, niyə yekun, həlledici addımlar atılmır? Görəsən "Laser Beauty Clinic"ə belə isti və yumşaq münasibətin arxasında hansı maraqlar dayanır?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 542   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

00:07 152
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 104
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 199
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 93
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 138
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 300
.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

14.11.2026 142
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 153
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 191
.