Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı MƏSƏLƏ DƏYİŞİR
2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub.
Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatları Şurası ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.
Qeyd olunub ki, çərçivə sənədi qiymətləndirmənin nəyi və necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəd hesab olunur. Sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması zamanı vahid yanaşma, ardıcıllıq və şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq hazırlanacaq. Onlardan 2-si açıq yazılı tapşırıq olacaq. Həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarını ölçmək məqsədilə 3 şəkil əsaslı tapşırıq təqdim ediləcək.
Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulub. Bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan tapşırıqlar olacaq.
6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bu mərhələdə də 2 açıq yazılı tapşırıq yer alacaq.
Nazirlikdən bildirilib ki, 6-cı siniflərin riyaziyyat fənni üzrə sualların strukturu 4-cü siniflərdə olduğu kimi olacaq. Belə ki, 3 açıq tapşırıq həlli tələb olunmayan, 2 açıq tapşırıq isə həlli tələb olunan formada təqdim ediləcək.
Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə manitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz: https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1546 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNetanyahu BMT-də: İsrailin səsi dünyaya bir daha çatdı
Bəzən siyasi tribunada deyilən sözlər sadəcə söz olaraq qalmır. Bəzən bir çıxış bütöv bir dövlətin iradəsini, gücünü və öz yolundan dönməmək əzmini nümayiş etdirir. Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı da məhz belə məqamlarla yadda qaldı. Qardaş İsrail dövləti bu gün öz təhlükəsizliyini
10:19 199 Rusiya daha iki kəndi işğal etdi
Rusiya ordusu Donetskin Dobropolye kəndini və Zaporojye bölgəsinin Svetlaya Dolina kəndini ələ keçirib. xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb
24.09.2026 231 Bank kartlarının sayına limit qoyuldu: Səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank kartlarının sayına tətbiq edilən məhdudiyyət ictimaiyyətin diqqətini çəkib. Yeni yanaşmaya əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, vətəndaşa eyni bankda eyni kart məhsulu üzrə milli valyutada bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur. Xarici valyuta üzrə də ayrıca kar
11:53 197 SƏHV KARTA pul göndərdiniz? - Pulu qaytarmağın qanuni yolu
Mobil bankçılıq gündəlik ödənişləri bir neçə saniyəyə həll edir. Lakin telefon nömrəsinin səhv seçilməsi, kart rəqəmlərindən birinin yanlış yazılması və ya adları oxşar olan şəxslərin qarışdırılması pulun tamam başqa adama göndərilməsi ilə nəticələnə bilər. Belə anda insanların ilk reaksiyası banka zən
24.09.2026 299 "FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"
Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı material dərc edib. "Report" xəbə
24.09.2026 212 Benyamin Netanyahunun BMT-dəki çıxışı: Qüdsün siqnalları və beynəlxalq аrеnada obyektiv qavrayış qıtlığı
"İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı müasir beynəlxalq diplomatiyanın əsas problemini - Yaxın Şərqdəki real təhlükəsizlik vəziyyəti ilə bir sıra xarici dövlətlərin bu proseslərə səthi yanaşması arasında dərinləşən fərqi bir daha üzə çıxardı"
12:12 189 Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı - 5 vəzifəli şəxs saxlanıldı
Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb. "Qafqazinfo" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Saxlanılan şəxslər xidmət
14:19 58 Kişilər komandasının qadın baş məşqçisi istefaya göndərildi
"İnqolştadt" klubu Sabrina Vittmanın baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb. 35 yaşlı Vittmann 2024-cü ilin aprel ayından bəri "İnqolştadt" klubuna rəhbərlik edib. -ın xarici mediaya istinadən xəbərinə görə, o, Almaniyada peşəkar kişilər komandasının baş məşqçisi təyi
24.09.2026 228 Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir
Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa
24.09.2026 213