Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədir

Zirvə görüşünün uğurları Türk dünyasının əlaqələrini daha da möhkəmlədirAzərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: "TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur".
May ayının 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Qeyd etmək lazımdır ki, Türk dövlətləri üçün bu gün əldə edilən birliyi təmin etmək o qədər də asan olmayıb. SSRİ dağıldıqdan sonra bir-biri ilə əlaqələr quran türk dövlətləri ilk dəfə Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvan şəhərində imzalanan bir sazişlə Türk Şurasını təsis etdilər. Türk dünyasının ortaq iradəsinin simvoluna çevrilən bu Şura gələcək böyük bir ailənin təməl daşı oldu. Türk dövlətləri gücləndikcə və aradakı əlaqələr dərinləşdikcə bu platforma qlobal siyasi güc mərkəzinə çevrilməyə doğru addımladı. 2021-ci ildə İstanbul şəhərində keçirilən sammitdə Şuranın əsasında "Türk Dövlətləri Təşkilatı"nın yaradılması tarixi bir hadisə idi.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müstəqil xarici siyasət, beynəlxalq nüfuzu, cəsarətli çıxışları, dünyanın əksər dövlət və hökumət başçıları ilə, o cümlədən Türk dövlətlərinin liderləri ilə dostluq münasibətləri, TDT-nin formalaşmasında əhəmiyyətli rol oynadı. Məhz 2019-cu ildə onun Şuraya sədrlik etdiyi dövrdə bu inteqrasiya layihəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə fövqəladə Zirvə görüşü keçirildi və sübut edildi ki, qurum böhran anlarına çevik və həmrəy reaksiya verə bilir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi sayəsində Türk Şurası sadəcə məsləhətləşmə formatı deyil, ciddi siyasi-iqtisadi çəkisi olan bir təşkilata çevrilməyə başladı. Eyni zamanda qeyd edək ki, 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin də regionda yaratdığı yeni reallıqlar İstanbulda qəbul edilən qərarlara böyük təsirini göstərdi.
Mayın 15-də Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən görüş "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub. Bu da onu sübut edir ki, bu gün Türk dünyası qlobal çağırışlar və yeniliklərə qarşı həssasdır. Eyni zamanda TDT qlobal nizamda öz layiqli yerini tutmaq istəyir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb.
2025-ci ildə Azərbaycanda Süni İntellekt Strategiyası qəbul edilib. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.
Hazırda rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.
Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türk dünyasının mənəvi paytaxtı Türküstanda keçirilməsi türk xalqlarının ortaq tarixi irsi ilə dinamik və rəqəmsal baxımdan gücləndirilmiş gələcəyin qurulması istiqamətində ortaq baxışın güclü simvolu kimi çıxış edir. Görüş çərçivəsində Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğunun və Xoca Əhməd Yasəvi məqbərəsinin ziyarət edilməsi zəngin tarixi irsə hörməti ifadə edir.
TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
Beləliklə, Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin daha da genişlənməsinə yardımçı olacaqdır.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 16 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.