Saxta Wi-Fi tələsi: istifadəçilər necə aldadılır?
"Parkda, kafedə və ya ticarət mərkəzlərində təklif olunan pulsuz Wi-Fi şəbəkələri istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab olunmur. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, eyni anda onlarla, bəzən isə yüzlərlə istifadəçinin qoşulduğu bu şəbəkələrdə məlumat təhlükəsizliyi riski artır. Əsas problemlərdən biri ondan ibarətdir ki, bu tip şəbəkələrdə məlumat ötürülməsi hər zaman kifayət qədər şifrələnmiş olmur. Nəticədə eyni şəbəkəyə qoşulan digər şəxslər texniki imkanlardan istifadə edərək məlumat axınını izləməyə cəhd edə bilərlər:
"Digər ciddi risklərdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi", "Park_WiFi" kimi adlarla saxta şəbəkələr yaradılır və istifadəçi fərqinə varmadan həmin şəbəkəyə qoşula bilər. Bu halda istifadəçinin bütün onlayn fəaliyyəti təhlükə altına düşə bilər.
Bununla belə, pulsuz Wi-Fi istifadəsi tamamilə təhlükəli deyil. Burada əsas məsələ istifadəçinin hansı əməliyyatları yerinə yetirməsidir. Xəbər oxumaq, xəritədən istifadə etmək və video izləmək kimi sadə fəaliyyətlər nisbətən təhlükəsiz sayılır. Lakin bank tətbiqlərinə giriş, kart məlumatlarının daxil edilməsi, dövlət xidmətlərindən istifadə və ya iş e-poçtuna qoşulmaq yüksək risk daşıyır.
İstifadəçilərin özlərini qoruması üçün bir neçə əsas qaydaya əməl etməsi vacibdir: qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olduğunu dəqiqləşdirmək, ictimai Wi-Fi-də şəxsi və maliyyə məlumatlarını daxil etməmək, cihazlarda avtomatik qoşulma funksiyasını deaktiv etmək və yalnız şifrəli "https" bağlantılarından istifadə etmək tövsiyə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 504 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur
"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrd
15:12 126 "Ulduzların yaşı yoxdur" deyən Bülent Ersoyu əməliyyatdan sonra heç kim tanımadı
Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy estetik əməliyyatdan sonra ilk dəfə yeni görünüşü ilə kamera qarşısına keçib. Türkiyə mediasına istinadla xəbər verir ki, 74 yaşlı sənətçi bir müddət əvvəl sosial şəbəkə hesabında xəstəxana otağından foto paylaşaraq estetik əməliyya
13.08.2026 352 Bakıda oğlan yeniyetmə qızı parkda döyüb burnunu qırdı
Bakıda gənc oğlan parkda qızı döyüb. xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb. İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub
13.08.2026 364 Sabah yağışlı hava olacaq
Avqustun 15-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qər
12:35 207 Süni intellekt ən gizli sirlərinizi üzə çıxara bilər - XƏBƏRDARLIQ
Gizli münasibətlər, şəxsi yazışmalar, maliyyə məlumatları və ya sağlamlıqla bağlı məxfi detallar demək olar ki, hər kəsin başqaları ilə bölüşmək istəmədiyi məlumatlar var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellekt texnologiyalarının inkişafı belə məlumatların aşkarlanmasını və bir-biri il
13.08.2026 238 Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt
"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı
15:27 133 Nolanın yeni filmi rekord qırdı: 1,1 milyard dollar...
Britaniyalı rejissor Kristofer Nolanın "Odisseya" filmi karyerasının ən çox gəlir gətirən ekran işi olub. xarici mediaya istinadən xəbər verir ki, Homerin qədim yunan eposu əsasında çəkilən film dünya prokatında cəmi dörd həftəsonu ərzində 1,1 milyard dollardan çox gəlir əldə edib. "Odisseya"
13.08.2026 218 Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ
13.08.2026 227 "Söyərəm də, o tərəfə də keçərəm" - "Boulevard Hotel"dəki qətl İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Seymur Manafov özün
13.08.2026 305