Pensiya yaşı 65, amma ömür qısalır: Azərbaycanda yaş həddi yenidən nəzərdən keçirilə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Pensiya yaşı 65, amma ömür qısalır: Azərbaycanda yaş həddi yenidən nəzərdən keçirilə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda son illərdə orta ömür uzunluğu ilə bağlı statistik göstəricilər və sosial reallıqlar arasında yaranan ziddiyyətlər cəmiyyətdə yeni müzakirə mövzusu formalaşdırıb. Bir tərəfdən rəsmi olaraq pensiya yaşı 65 olaraq müəyyən edilib, digər tərəfdən isə əhalinin sağlamlıq vəziyyəti, həyat keyfiyyəti və bəzi hallarda orta ömür göstəricilərinin arzuolunan səviyyədə olmaması bu yaş həddinin nə dərəcədə adekvat olduğunu sual altına alır.

Xüsusilə ağır əmək şəraitində çalışan və ya sağlamlıq problemləri ilə üzləşən vətəndaşlar üçün pensiyaya çıxışın gecikməsi sosial narazılıq doğuran əsas amillərdən birinə çevrilir. Mövcud vəziyyət fonunda "pensiya yaşı azaldıla bilərmi?" sualı həm ictimaiyyət, həm də ekspertlər arasında daha çox səslənməyə başlayıb. Bu məsələ yalnız sosial təminat deyil, eyni zamanda iqtisadi davamlılıq, dövlət büdcəsinin yükü və demoqrafik balans kimi vacib amillərlə də sıx bağlıdır. Belə bir şəraitdə pensiya sistemində mümkün dəyişikliklərin zəruriliyi və reallığı geniş müzakirə tələb edən aktual mövzulardan biri kimi gündəmdə qalır.
Pensiya yaşı 65, amma ömür qısalır: Azərbaycanda yaş həddi yenidən nəzərdən keçirilə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda orta ömür uzunluğu son illərdə həqiqətən bir qədər azalıb. Rəsmi statistikaya görə kişilərdə orta ömür 70-71 yaş civarındadır, qadınlarda 76-77 yaş. Onun sözlərinə görə, kişilərlə qadınlar birlikdə götürəndə təxminən 73-74 yaş edir: "Pandemiya, xroniki xəstəliklərin çoxalması, stress, düzgün qidalanmama və erkən infarktlar buna təsir edib. Pensiya yaşı isə kişilər üçün 65, qadınlar üçün mərhələli şəkildə 65-ə çatdırılır. Amma qanuna görə hökumət vətəndaşa 12 il (144 ay) pensiya vermək öhdəliyi götürür.

Pensiya yaşının 65 olması ilə orta ömür 73 yaş arasında cəmi 8 il fərq qalır. Kişilər üçün isə bu fərq 5-6 ilə düşür. Yəni adam 40 il işləyir, 65-də pensiyaya çıxır, orta hesabla 5-6 il pensiya alır. Halbuki 12 il pensiya almalıdı. Bu, sosial ədalət baxımından ciddi sual yaradır. İnsanlar "ömrümüzün çoxunu işləyirik, pensiyanı görmürük" deyəndə haqlıdırlar.

Pensiya yaşının azaldılmasına ehtiyac varmı sualının cavabı birbaşa bəli və ya xeyr deyil. Məsələnin iki tərəfi var. Birinci tərəf sosial tərəfdir. Əgər orta ömür azalırsa, pensiya yaşını da aşağı salmaq məntiqlidir. Məsələn, kişilər üçün 62-63 yaş daha real görünür. Çünki 65 yaşa qədər bir çox kişi ağır fiziki işdə, sürücü, fəhlə, inşaatçı kimi işlərdə sağlamlığını itirir. 60-dan sonra iş tapmaq da çətindir, işəgötürənlər yaşlı adamı götürmür. Nəticədə adam nə işləyə bilir, nə pensiya alır. Bu, sosial gərginlik yaradır.

İkinci tərəf maliyyə tərəfidir. Dövlət Sosial Müdafiə Fondu pensiyaları işləyənlərin ödədiyi sosial sığorta haqqından verir. Azərbaycanda demoqrafik vəziyyət hələ ki pis deyil, amma doğum azalır, əhali qocalır. İndi 1 pensiyaçının pulunu təxminən 1,2 işləyən adam verir. Əgər pensiya yaşını 65-dən 62-yə salsaq, birdən-birə yüz minlərlə adam pensiyaya çıxacaq. Fondun xərci kəskin artacaq, amma gəlir artmayacaq. Onda ya sosial sığorta haqqını qaldırmaq, ya büdcədən dotasiya vermək, ya da pensiyanın məbləğini azaltmaq lazım gələcək. Üçü də əhali üçün ağrılıdır.

Ona görə məsələni yalnız yaşla həll etmək olmur. Əvvəl orta ömrü uzatmaq lazımdır. Səhiyyə əlçatan olmalıdır, profilaktik müayinələr pulsuz olmalıdır, erkən ölümün qarşısı alınmalıdır. Adam 65-də sağlamdırsa, işləmək özü də istəyər. Amma 55-də infarkt keçirib əmək qabiliyyətini itiribsə, 65-i gözləmək ədalətsizlikdir.

Ən düzgün yol diferensial yanaşmadır. Ağır və zərərli peşələrdə çalışanlar üçün pensiya yaşını 60 və ya hətta 58 etmək olar. Mədənçi, metallurq, sürücü, tikintidə fəhlə kimi işlər üçün erkən pensiya haqlıdır. Ofis işçisi, müəllim, həkim isə 65-də də işləyə bilər. Bir çox ölkədə belədir. Bir də könüllü sistem olmalıdır. İstəyən 62-də çıxıb az pensiya alsın, istəyən 68-də çıxıb çox alsın.

İndiki vəziyyətdə pensiya yaşını hamı üçün birdən-birə azaltmaq büdcəni çökdürər. Amma olduğu kimi saxlamaq da sosial narazılığı artırır. Çıxış yolu budur: orta ömrü uzatmaq üçün səhiyyəyə investisiya, ağır peşələr üçün erkən pensiya, qalanlar üçün isə könüllü seçim. Yalnız belə balans tapmaq olar. Əks halda ya pensiya fondu boşalar, ya da insanlar pensiya yaşına çatmadan dünyadan köçər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hizbullah ağır bədəl ödəyəcək - Netanyahu

İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və bu cür hücumlara görə Hizbullahdan çox ağır bir bədəl tələb edəcək. xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. "ÇAXAL qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün hərəkətə keçəcək

19.06.2026 127
.

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır - İDDİA

Anlaşılan o oldu ki, dövlət xəstəxanalarındakı Kompüter Tomoqrafiyası (KT) aparatları yoxa çıxıb. xəbər verir ki, bu barədə yazan jurnalist Elnurə Abuşova bildirib ki, həmkarımızın TƏBİB-dən aldığı rəsmi açıqlamada xəbər qismən təsdiqini tapdı:. "Yaqin özəllərə icarəyə verilib, çünki əvvəl vardı

19.06.2026 184
.

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Rusiya mediasının xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb. Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskv

19.06.2026 202
.

İran Hörmüz boğazını bağlayıb - KİV

İran Hörmüz boğazını bağlamaq qərarı qəbul edib. xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb. Məlumata görə, Tehran bu addımı İsrailin Livan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq atıb. Hələlik İran rəsmiləri tərəfindən bu məlumatla bağlı rəsmi açıqlama verilməyib. Digə

19.06.2026 114
.

Tramp: İran ABŞ-dən on sent belə almayacaq

İran çarəsiz vəziyyətdədir və Vaşinqtondan heç bir maliyyə yardımı almayacaq. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "Bizim görşməməyimizin səbəbi çarəsiz olduğumuz üçün deyil - çarəsiz olan İran idi. Onların sonu çatıb. Biz bu 60 gün

19.06.2026 113
.

İqtisadçı: Büdcə xərclərinin azalması iqtisadi dövriyyəni zəiflədib

İqtisadçı Natiq Cəfərli ölkədə müşahidə olunan iqtisadi durğunluğu şərh edib. xəbər verir ki, onun sözlərinə görə, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları eyni problemi qeyd edirlər - dövriyyədə pul və likvidlik azalıb, satış və sifarişlərdə kəskin eniş müşahidə olunur. Cəfərli bildirir ki

19.06.2026 115
.

İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib

İsrail ordusu ötən gecə Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbələr endirib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Nəticədə onlarla "Hizbullah" üzvünün öldürüldüyü bildirilib. Məlumata görə, atəşkəsin pozulmasına cavab olaraq, Bəq

19.06.2026 163
.

İran ABŞ-dan 6 milyard dollarlıq mal alacaq - KİV

ABŞ və İran arasında anlaşma memorandumuna əsasən, Tramp administrasiyası Tehrana ABŞ-dan humanitar və sanksiyasız mallar almaq üçün dondurulmuş 6 milyard dollarlıq neft gəlirlərinə çıxış imkanı verəcək. xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti məsələ ilə tanış olan diplomatlata istinadl

19.06.2026 169
.

ABŞ səfirliyi bu gün işləməyəcək

ABŞ-nin Bakıdakı Səfirliyi iyunun 19-da bağlı olacaq. "Report" xəbər verir ki, bu barədə səfirlik "X" hesabında məlumat yayıb. ABŞ-nin federal bayramı olan Cüntins (Juneteenth) səbəbindən səfirlik bu gün fəaliyyət göstərməyəcək. Səfirlik fəaliyyətini iyunun 22-dən davam etdirəcək

19.06.2026 165
.

TOP MP3