Əliyevin video çıxışı: sülh reallığı və yeni regional balans

Əliyevin video çıxışı: sülh reallığı və yeni regional balans"Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" şüarı altında keçirilən "Avropa Siyasi Birliyi"nin VIII zirvə görüşü İrəvanda başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sammitə videoəlaqə vasitəsilə qoşulub.

Prezident İlham Əliyev ümumilikdə "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi iştirak edir. O, sonuncu dəfə Tirana və Kopenhagendə keçirilən görüşlərə qatılmışdı.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, dövlət başçısının İrəvanda keçirilən sammitə videoformatda qoşulması diqqətçəkən hesab edilmir. Ermənistan ilə Azərbaycan arasında hələ yekun sülh sazişi imzalanmayıb. Eyni zamanda, Ermənistanda seçkiqabağı həssas siyasi vəziyyət hökm sürür və belə şəraitdə yüksək səviyyəli səfərin təhlükəsizlik baxımından riskləri mövcuddur:

"Bununla belə, Prezidentin sammitə qatılması mühüm siyasi əhəmiyyət daşıyır. Bu iştirak həm sülh danışıqlarının davamlılığı, həm də iki ölkə arasında etimad mühitinin formalaşması baxımından müsbət qiymətləndirilir. Sammitin İrəvanda keçirilməsində Azərbaycan tərəfinin də razılığı olub.

İlham Əliyev çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı bu məsələ müzakirə olunub və onun sammitə videoformatda qoşulması barədə razılıq əldə edilib. O həmçinin qeyd edib ki, bir il əvvəl Prezident Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüş zamanı 2026-cı ildə sammitin Ermənistanda keçirilməsi ideyası irəli sürülüb və Azərbaycan bu təşəbbüsü dəstəkləyib. Eyni zamanda, növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsi təklifi də qəbul olunub. Prezident bu çərçivədə 2028-ci ilin mayında Bakıda keçiriləcək sammitə üzv ölkələri dəvət edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdə çıxışı zamanı bildirib ki, Azərbaycan Prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirə (onlayn formatda) qatılır. O əlavə edib ki, artıq iki ildir iki ölkə arasında sülh mövcuddur və bu müddətdə atəşkəs pozuntuları nəticəsində itkilər qeydə alınmayıb.

Prezident İlham Əliyev-in qeyd etdiyi kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesi real məzmun alıb və ilkin iqtisadi təmaslar da müşahidə olunur. Ötən həftə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri də bu istiqamətdə atılan addımlardan biridir.

Müşahidələr göstərir ki, kənar müdaxilələr olmadığı halda tərəflər ortaq məxrəcə gələ bilirlər. Lakin sülh prosesinin davam etdiyi bir dövrdə Avropa Parlamentinin 30 aprel tarixli Azərbaycanla bağlı qətnaməsi bu dinamikanı poza biləcək addım kimi qiymətləndirilir. Məhz buna görə Prezident İlham Əliyev sammitdə çıxışı zamanı bu qurumu tənqid edib.

Nikol Paşinyan isə 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak üçün Azərbaycana səfər etməyə ümid etdiyini bildirib. O, Prezident İlham Əliyev-in gələcəkdə Bakıda keçiriləcək sammitdə şəxsən iştirak edə biləcəyini də qeyd edib.

2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Azərbaycanda keçirilməsi planlaşdırılır. Əgər sülh prosesi davam edərsə və Ermənistanla Azərbaycan arasında yekun saziş imzalanarsa, bu səfərin reallaşması daha real görünür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransada polis 600 etirazçını həbs edib

Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite

02.10.2026 142
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

02.10.2026 161
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

02.10.2026 360
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Rusiya Aİİ çərçivəsində sənaye əməkdaşlığını genişləndirmək istəyir

Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində sənaye əməkdaşlığının genişlənəcəyini gözləyir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib ki, sənay

02.10.2026 192
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 136
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

"Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:

02.10.2026 191
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 184
.