Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".

Bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.

O, daha sonra əlavə edib:

"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq".

Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:

"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranın 200 milyard dollardan çox pulu... - Vens

İranın dondurulmuş pullarının 100, hətta 200 milyard dollardan çox olduğu barədə məlumatlar eşitmişəm. xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib. O, dondurulmuş vəsaitin dəqiq məbləği barədə nəsə deyə bilməyəcəyini söyləyib:. "Bu pulun böyük hissəsi ABŞ hesablarında deyil

19.06.2026 190
.

"Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir" - "The Economist"

Donald Tramp artıq başa düşür ki, bu gün Ukrayna tərəfi qalib mövqedədir, Vladimir Putin isə məğlub tərəfdir. xəbər verir ki, bu barədə "The Economist" Fransa diplomatik mənbəsinə istinadən G7 sammitinin nəticələrinə dair yazır. Məlumata görə, ABŞ daxil olmaqla yeddi ölkə Ukraynaya "sarsılma

19.06.2026 150
.

Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib

Bu gün Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından uğurla keçərək Fars körfəzinin hüdudlarından kənara çıxıb. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiti "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib. Məlumata görə, sözügedən gəminin göyərtəsind

19.06.2026 168
.

Temperatur 39 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu gecə 21-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisb

19.06.2026 216
.

Seda Sayan: "Oğlumun evinə arvadından icazə alsa, gedə bilərəm"

Məşhur türkiyəli müğənni Seda Sayan ailə münasibətləri ilə bağlı açıqlaması ilə diqqət çəkib. -ın məlumatına görə, sənətçi övladının ailə qurduqdan sonra şəxsi həyatına hörmətlə yanaşdığını bildirib. O, oğlunun evinə getmək istəyəndə əvvəlcədən xəbər verdiyini və bunun normal hal olduğunu vurğulayıb

19.06.2026 203
.

İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib

İsrail ordusu ötən gecə Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbələr endirib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Nəticədə onlarla "Hizbullah" üzvünün öldürüldüyü bildirilib. Məlumata görə, atəşkəsin pozulmasına cavab olaraq, Bəq

19.06.2026 163
.

Bakıda yanğın baş verib

Bakının Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Məlumatda qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. "Əlavə məluma

19.06.2026 125
.

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Rusiya mediasının xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb. Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskv

19.06.2026 202
.

Hizbullah ağır bədəl ödəyəcək - Netanyahu

İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və bu cür hücumlara görə Hizbullahdan çox ağır bir bədəl tələb edəcək. xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. "ÇAXAL qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün hərəkətə keçəcək

19.06.2026 127
.

TOP MP3