Kainatın sonu yenidən hesablandı
Yeni elmi araşdırma kainatın sonu ilə bağlı indiyədək qəbul edilən təsəvvürləri dəyişdirə bilər. Alimlərin yenilənmiş hesablamalarına görə, kainatın sonu əvvəllər düşünüldüyündən daha erkən baş verə bilər.
"Qafqazinfo" xəbər verir ki, Donostia Beynəlxalq Fizika Mərkəzi tədqiqatçılarının apardığı araşdırmaya əsasən, kainatın Böyük Partlayışdan təxminən 33,3 milyard il sonra sona çatması ehtimalı irəli sürülür.
Kainatın hazırkı yaşı 13,8 milyard il hesab edildiyinə görə, bu ssenariyə əsasən, təxminən 20 milyard il vaxt qalır.
Araşdırmada əsas diqqətçəkən model "Böyük Çöküş" ("Big Crunch") ssenarisidir. Bu nəzəriyyəyə görə, kainatın hazırkı genişlənməsi bir mərhələdən sonra dayanacaq və əks proses başlayacaq. Nəticədə qalaktikalar, ulduzlar və planetlər tədricən bir nöqtəyə doğru sıxılacaq.
Alimlərin fikrincə, bu prosesin son mərhələsində maddə ekstremal sıxlığa çatacaq və kainat nəhəng qara dəliklərə çevrilərək sona yaxınlaşa bilər.
Kainatın taleyini müəyyən edən əsas amil kimi "qaranlıq enerji" göstərilir. Elmi ictimaiyyətdə iki əsas ssenari müzakirə olunur: kainatın sonsuz genişlənməsi və "istilik ölümü", yaxud genişlənmənin dayanaraq geriyə çevrilməsi.
Son müşahidələr bu balansı dəyişə bilər. Qaranlıq Enerji Tədqiqat Aləti (DESI) tərəfindən aparılan 47 milyon qalaktikanın xəritələşdirilməsi qaranlıq enerjinin sabit olmaya biləcəyini göstərib.
Tədqiqat nəticələrinə görə, qaranlıq enerji zamanla dəyişə bilər. Bu isə kainatın genişlənməsinin yavaşlaması və hətta əks istiqamətə çevrilməsi ehtimalını artırır.
Simulyasiyalar göstərir ki, müəyyən mərhələdən sonra kainatdakı maddə sıxlaşaraq tək bir nöqtədə toplanır. Bu proses "təklik" adlanan son mərhələ ilə nəticələnə bilər.
Alimlər qeyd edirlər ki, bu ssenari hələ tam dəqiqləşdirilməyib və bir neçə alternativ model mövcuddur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 488 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 173 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 "Eşref" geri qayıdır - Amma təkdir
"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"
02.10.2026 201 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 167 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 229 "Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona
02.10.2026 167 "Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü
Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu
02.10.2026 205 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 159 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191