Azərbaycanda internet bahalaşır? Yeni qiymətlər narahatlıq yaradır - İKT üzrə ekspertdən AÇIQLAMA
Son günlər Azərbaycanda internet qiymətlərinin artacağı ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə mobil və sabit internet xidmətləri üzrə mümkün bahalaşma iddiaları istifadəçilərin diqqət mərkəzinə çevrilib. Artıq bəzi tariflərdə qiymət dəyişikliklərinin baş verdiyi qeyd olunur və bu tendensiyanın davam edəcəyi ehtimalı müzakirə olunur.
İnternetin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə qiymət artımı ilə bağlı xəbərlər xüsusilə həssas qarşılanır. Mövcud vəziyyət isə bu sahədə yaxın perspektivdə hansı dəyişikliklərin baş verəcəyi sualını aktuallaşdırır.
Mövzu ilə bağlı İKT üzrə ekspert Fərid Kazımov BiG.AZ-a açıqlamasında bildirdi ki, faktiki olaraq bu biznesdir. Hər bir biznesin müəyyən xərcləri var və onun üzərinə marjada qoyulur. Mən onu deyə bilmərəm ki, hardasa nəsə bahalaşıb və provayderlər ona görə qiymətləri qaldırmaq istəyirlər. Onun sözlərinə görə, qlobal məsələlərə görə qiymətlər qalxır səbəbləri boş söhbətlərdir: "Bir ara deyirdilərki İran müharibəsinə görə internet qiymətləri bahalaşacaq. Hazırda müharibə dayanıb. Yəni hazırda atəşkəs qüvvəyə minib və səyahət təyyarələridə uçuşları bərpa ediblər. Bu problemlər hamısı həll olunub. Bilirəm ki, internetin qiyməti mütləq artacaq. Amma internetin qiymətinin artması maya dəyərinin artması ilə bağlı yox, minimal sürətin artması ilə bağlı olacaq. Bildiyiniz kimi hazırda internet provayderlərinin üzərinə minimal 100mb/s sürət tələbi qoyulub. Yəni hər bir internet provayderi istifadəçini minimum 100 mb/s sürətlə təmin etməlidir.
Bu sürət həddi 150 mb/s həcmində olacaq və təbiiki sürət 150 mb/s-yə qalxdıqda qiymətdə avtomatik olaraq qalxacaq. Provayderlər hazırda 100 mb/s sürəti belə normal şəkildə verə bilmirlər. Burda bir neçə məsələlər var. Mən bir məsələni qeyd edə bilərəm ki, Azərbaycanda kifayət qədər böyük və tanınmış bir brend olan provayderlər varki onların avadanlıqları köhnəlib. Provayderlərdən biri maksimum 20 mb/s sürət verə bilən avadanlıq almışdı. Sonradan məlum oldu ki, onlar avadanlığı səhv alıblar. Bu təbiiki mütəxəsisslərin qeyri-peşəkarlığından qaynaqlanır.
Avadanlıqları köhnə olan provayderlər öz avadanlıqlarını yeniləməlidir. Yenilənmə isə müəyyən maliyyə vəsaiti tələb edir. Hazırkı standartlarla provayderlər 100 mb/s-yə yaxın sürəti istifadəçiyə birtəhər verə bilirlərsə, sürət 150 mb/s-yə qalxandan sonra burda böyük problemlər olacaq. Yəni internet provayderinin üzərinə avadanlıqlarını yeniləməsi və 150 mb/s sürətlə istifadəçini təmin edə bilməsi ilə bağlı çox ciddi tələblər qoyulmalıdır. Yəni provayder sadəcə qiyməti qaldırsın amma sürəti artırmasın deyə bir şey olmamalıdır. Çünki burda istifadəçi əziyyət çəkib artıq pul ödəyir, əvəzində isə almalı olduğu sürəti ala bilmir. Provayderlər isə əlavə vəsaitlərlə ciblərini doldururlar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1084 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
02.10.2026 378 Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?
Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə
02.10.2026 213 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 212 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 198 "Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi
Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin
02.10.2026 246 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 247 "Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
02.10.2026 191 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 212 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 267