Gernika mükafatı: Azərbaycanın sülh gündəliyinə verilən beynəlxalq qiymət
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sülh gündəliyinin təşviqi və dialoq prosesinə verdiyi töhfələrə görə "Sülh və Barışıq üçün Gernika" mükafatına layiq görülüb.
Bu mükafatın adı İspaniyanın Bask bölgəsində yerləşən Gernika şəhəri ilə bağlıdır. 1937-ci ildə İspaniya Vətəndaş Müharibəsi zamanı şəhərin bombalanması mülki əhaliyə qarşı törədilən ən sarsıdıcı hücumlardan biri kimi tarixə düşüb və sonradan sülhün, barışığın, müharibəyə qarşı qlobal müqavimətin simvoluna çevrilib.
Məhz bu tarixi yaddaş üzərində formalaşan mükafat daha çox münaqişələrin diplomatik həllinə, barışıq proseslərinə və uzunmüddətli sülh təşəbbüslərinə töhfə verən liderlərə təqdim olunur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, hazırkı reallıqda Prezident İlham Əliyevin fəaliyyəti bu meyarlara uyğun qiymətləndirilir. Belə ki, münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra Azərbaycan regionda yeni siyasi reallığın formalaşdığını bəyan etdi. Halbuki həmin dövrdə bir çox müşahidəçilər prosesin hərbi eskalasiya ilə davam edəcəyini istisna etmirdi. Mövcud siyasi və hərbi şərait belə bir ssenarini mümkün edirdi:
"Lakin rəsmi Bakı fərqli yol seçdi. Ermənistanla danışıqlar prosesi davam etdirildi - əvvəl vasitəçilər üzərindən, daha sonra isə birbaşa təmaslar formatında. Bu proses çərçivəsində tərəflər bir sıra məsələlərdə ortaq məxrəcə gəlməyi bacardı.
Ermənistan-Azərbaycan sülh danışıqlarının diqqətçəkən cəhətlərindən biri də qalib tərəf olmasına baxmayaraq Azərbaycanın maksimalist və reallıqdan uzaq şərtlər irəli sürməməsidir. Danışıqlar daha çox konstruktiv yanaşma və qarşılıqlı kompromislər əsasında aparılır.
Bu yanaşmanın nəticəsi olaraq tərəflər Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanmasına nail olublar.
Bununla yanaşı, sülh prosesi yalnız siyasi danışıqlarla məhdudlaşmır. "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müxtəlif dialoq platformaları, o cümlədən dəyirmi masalar təşkil olunur. Bu prosesin koordinasiyasında Azərbaycanın aktiv rolu xüsusi qeyd edilir.
Prezident İlham Əliyev müharibənin doğurduğu ağır nəticələri və xalqlar arasında düşmənçiliyin dərinləşməsinin regiondan kənar qüvvələrin maraqlarına xidmət etdiyini nəzərə alaraq sülh gündəliyində kənar müdaxilələrin məhdudlaşdırılması xəttini seçir. Onun nümayiş etdirdiyi konstruktiv və praqmatik yanaşma məhz "Gernika" mükafatının fəlsəfəsi ilə üst-üstə düşür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 655 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQardaşı da nişanlandı
Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb
02.10.2026 378 Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?
Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə
02.10.2026 213 Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək
Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı
02.10.2026 212 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 198 "Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi
Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin
02.10.2026 246 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 247 "Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
02.10.2026 191 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 212 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 267