Azərbaycan-Çexiya münasibətləri yeni mərhələdə: enerji və investisiya ittifaqı

Azərbaycan-Çexiya münasibətləri yeni mərhələdə: enerji və investisiya ittifaqıLitvanın Baş naziri İnqa Ruqiniene, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenskinin ardınca Çexiya Respublikasının Baş naziri Andrey Babiş də Azərbaycana rəsmi səfər edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu səfər bir sıra məqamları ilə diqqət çəkir. Ümumilikdə, Çexiya-Azərbaycan münasibətləri son dövrlər dinamik inkişaf mərhələsindədir. İki ölkə arasında iqtisadi, siyasi, diplomatik və enerji sahələrində əlaqələr yüksələn xətt üzrə davam edir:

"Praqa Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Çexiyanın Baş naziri ilə birgə mətbuata bəyanatında bildirib:
"Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir".

Öz növbəsində Andrey Babiş də Azərbaycanla münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb:
"Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var".

Həqiqətən də, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi münasibətlərin formal çərçivədən çıxaraq real əməkdaşlıq modelinə çevrildiyini göstərdi. Hazırda isə bu əlaqələr daha da dərinləşir.

Lakin siyasi etimadın arxasında dayanan əsas faktor iqtisadi maraqlardır. Çexiyanın baş naziri Azərbaycana tək gəlməyib - onu müşayiət edən iş adamları səfərin praktiki məqsədlərini açıq şəkildə ortaya qoyur. Söhbət konkret layihələrdən, investisiyalardan və iqtisadi əməkdaşlığın genişlənməsindən gedir. Qəbələdə Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumu bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqına üzvdür. O cümlədən, Azərbaycan Çexiyaya qonşu ölkələri də təbii qazla təmin edir. Bu fakt Bakının Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini ildən-ilə möhkəmləndirdiyini göstərir. Sərfəli qiymət siyasəti və siyasi şərtlərdən uzaq enerji strategiyası Avropa ölkələri üçün cəlbedici olaraq qalır.

Bununla belə, son illərdə enerji sahəsində yanaşmalar dəyişir. Çexiya uzun müddət Azərbaycan neftinin əsas alıcılarından biri olub. Lakin artıq maraq yalnız xam neftlə məhdudlaşmır. Bərpaolunan enerji, hidrogen texnologiyaları və enerji səmərəliliyi kimi istiqamətlər əməkdaşlığın yeni gündəmini formalaşdırır. Bu isə münasibətlərin "al-sat" modelindən çıxaraq birgə istehsal və texnoloji tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir.

Naxçıvanda planlaşdırılan 500 MVt gücündə günəş elektrik stansiyası kimi layihələr də bu transformasiyanın göstəricisidir. Bu tip təşəbbüslər onu deməyə əsas verir ki, Avropa şirkətləri Azərbaycanı artıq yalnız resurs mənbəyi deyil, həm də investisiya və istehsal platforması kimi qiymətləndirir.

Digər tərəfdən, iki ölkə arasında ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması qarşılıqlı etimadın konkret iqtisadi göstəricisidir. Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından birinə çevrilməsi isə Bakının Avropa bazarındakı mövqelərinin genişləndiyini açıq şəkildə nümayiş etdirir.

Beləliklə, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil. O, eyni zamanda Avropa üçün sabit tərəfdaş və yeni iqtisadi layihələrin formalaşdığı strateji platformaya çevrilir. Qəbələdə keçirilən görüşlər, geniş biznes nümayəndə heyətləri və dəyişən enerji gündəliyi bu reallığı aydın şəkildə ortaya qoyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstanın Baş naziri rusofobiya ilə bağlı xəbərdarlıq etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici qüvvələr rusofobiyanı qızışdırmaqla Gürcüstana qarşı kampaniyalarının yeni mərhələsinə başlayıblar. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kobaxidze vurğulayıb ki, bunun mahiyyət etibarilə Gürcüstana, gürcü xalqına və onun suverenliyin

11:19 165
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

15:27 193
.

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib

19:15 138
.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

20:45 93
.

ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat

Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini

11:46 176
.

İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi

14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət

11:09 155
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 179
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

12:14 196
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

19:45 132
.

TOP MP3