Azərbaycanda ipoteka çıxılmazı: Yüksək şərtlər mənzil arzusunu çətinləşdirir - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipoteka kreditləri əsas çıxış yollarından biri hesab olunsa da, mövcud şərtlər bir çox ailələr üçün əlçatmaz olaraq qalır. Xüsusilə ilkin ödəniş məbləğinin yüksək olması, aylıq ödənişlərin vətəndaşların gəlirləri ilə uyğun gəlməməsi, eləcə də kreditin uzun illər davam edən maliyyə yükü bu sahədə narahatlıqları daha da artırır. Son illərdə daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi fonunda ipoteka kreditlərinə tələbat artsa da, şərtlərin ağır olması bir çox insanın mənzil sahibi olmaq arzusunu çətinləşdirir.
Bir çox ailələr üçün həm ilkin ödənişi toplamaq, həm də sonrakı aylarda kredit ödənişlərini qarşılamaq ciddi problemə çevrilir. Bu isə xüsusilə gənc ailələrin və orta gəlirli şəxslərin mənzil əldə etmək imkanlarını məhdudlaşdırır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu, Azərbaycanda aktual mövzudur və iki tərəfli baxış var. Onun sözlərinə görə, yüngülləşdirilməsi tərəfdarları belə deyir: "Əhalinin böyük hissəsi, xüsusilə gənc ailələr, hal-hazırkı faiz dərəcələri və ilkin ödəniş tələbləri ilə mənzil ala bilmir. Şərtlər yüngülləşsə, daha çox insan öz evinə sahib ola bilər, bu da sosial sabitliyə töhfə verər.
Əleyhinə olanlar isə deyir: Şərtlər həddən artıq yüngülləşsə, kredit riski artar, banklar zərər çəkər, əmlak qiymətləri süni şəkildə qalxar və nəticədə iqtisadiyyata zərər dəyər. 2008-ci il Amerika ipoteka böhranı da məhz həddindən artıq yüngülləşdirilmiş şərtlərin nəticəsi idi.
Şəxsən mən bu məsələdə bir tərəfi dəstəklədiyimi bildirmək istəmirəm, çünki bu, ölkənin iqtisadi vəziyyətinə, inflyasiyaya, bank sektorunun gücünə və sosial prioritetlərə görə dəyişən mürəkkəb bir siyasi-iqtisadi məsələdir. Qərarı iqtisadi siyasəti yürüdən hökumə və banklar birgə verməlidir.
Yəni burada yüngülləşdirmən üçün bu tərəf tandem qərar verməlidir. Çünki bu yüngülləşdirmənin yükünü onlar çəkəcək. Bekədə isə bu yüngülləşdirmə hazırda bir sosial sifarişə çevrilib. Bu sifarişi hökumət necə qiymətləndirəcək, əsas sual budur..".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 591 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanın Baş naziri rusofobiya ilə bağlı xəbərdarlıq etdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici qüvvələr rusofobiyanı qızışdırmaqla Gürcüstana qarşı kampaniyalarının yeni mərhələsinə başlayıblar. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kobaxidze vurğulayıb ki, bunun mahiyyət etibarilə Gürcüstana, gürcü xalqına və onun suverenliyin
11:19 165 Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt
"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı
15:27 193 İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi
"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib
19:15 138 Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir
Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd
20:45 93 ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat
Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini
11:46 176 İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi
14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət
11:09 155 Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər
11:43 179 Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı
Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof
12:14 196 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
19:45 132